Azərbaycan cüdo ailəsinin üzvləri beynəlxalq seminarda iştirak edib
18-19 martda Portuqaliyanın Koimbra şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün seminar keçirilib.
Sports.az xəbər verir ki, seminarda müxtəlif ölkələrdən 150-dən çox hakim və 50 məşqçi iştirak edib.
Azərbaycanı ACF-in Prezidentinin müşaviri Natiq Bağırov, ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli, Olimpiya dərəcəli hakim Fariz Hüseynov, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Nazim Umbayev təmsil ediblər.
Seminar zamanı ümumilikdə cüdo idman növünün qaydaları, olimpiya dövrü üçün tətbiq olunan yeni qaydalar, müxtəlif cüdo texnikaları və onların təhlükəsiz tətbiqi iştirakçıların diqqətinə çatdırılıb. Mübahisələrə səbəb olan epizodlar təhlil olunub.
Seminar zamanı iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb. Müxtəlif hallar əyani formada tatami üzərində də nümayiş olunub.
Seminarın sonunda təlimdə iştirak edən məşqçilərə və hakimlərə sertifikatlar verilib.
Seminar hakimlərin, məşqçilər bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təşkil edilib.