Güləş/Cüdo
Millimiz AÇ-yə Polşada hazırlaşır
30.03.2023 | 21:33
Qadın güləşi üzrə Azərbaycan yığması Avropa çempionatına hazırlıq məqsədiylə Polşaya yollanıb.
Sports.az xəbər verir ki, martın 28-dən Spala Olimpiya Təlim-Məşq bazasında məskunlaşan yığmamız Polşa, Bolqarıstan, Fransa və Rumıniya komandalarıyla birgə təlim-məşq toplanışı keçir.
Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında hazırlıq prosesində Mariya Stadnik (50 kq), İlona Didyak (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq) və Birgül Soltanova (65 kq) iştirak edir.
Taktiki-texniki çalışmalara üstünlük verilən toplanış aprelin 8-dək davam edəcək.