Güləş/Cüdo
Azərbaycan cüdoçularından Avropa kubokunda 4 medal
16.04.2023 | 02:02
Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa kuboku turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 gümüş və 3 bürünc medal qazanıblar.
Sports.az xəbər verir ki, turnirin ilk günündə 5 çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Oğlanların yarışında -66 kq çəkidə Aydın Rzayev bürünc medal əldə edib. -73 kq çəkidə Qadir Hüseynov gümüş medal, Süleyman Əliyev bürünc medal qazanıb. -60 kq çəkidə Nizami İmranov və -66 kq çəkidə Nicat Nağıyev yarışı 5-ci yerdə başa vurub.
Qızların yarışında -78 kq çəkidə Nərmin Əmirli bürünc medala sahib olub. +78 kq çəkidə Nigar Süleymanova isə yarışı 7-ci yerdə tamamlayıb.