\"Ələ düşən fürsətləri dəyərləndirə bilmirik\" - Azər Bağırov

\

"Araz-Naxçıvan" klubu hazırda Azərbaycan Premyer Liqasında turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 25 oyuna 31 xal toplayan komanda cari mövsümdə sabit oyun nümayiş etdirməsə də, debütant olaraq azarkeşləri təəccübləndirməyi bacarıb. Komanda baş məşqçi Azər Bağırovun rəhbərliyi altında hətta bir müddət ilk "3-lük"də yer almışdı.

"Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov cari mövsümdə komandanın çıxışı və çempionatın gedişatı barədə "Report"un suallarını cavablandırıb.

- Premyer Liqanın cari gedişatı barədə nə deyə bilərsiniz?

- Premyer Liqada cari mövsüm çox maraqlı keçir. 8-ci yerlə ikinci pillə arasında böyük xal fərqi yoxdur. Hər an turnir cədvəlində dəyişiklik ola bilər.

- Komandanızın oyunu sizi qane edir?

- Əslində futbolçuların oyunu məni qane edir. Nəticələr isə o qədər də qənaətbəxş deyil. Çıxdığımız oyunlarda ələ düşən fürsətləri dəyərləndirə bilmirik. Bu məsələ bizi çox düşündürür.

- Turnir cədvəlində 8-ci yerdə olsanız da, ikinci pillə ilə cəmi 6 xallıq fərq var. Bu mövsüm üçün hədəfləriniz nədir?

- Hədəf həmişə yaxşı komanda, döyüşkən kollektiv formalaşdırmaqdır. Hər şey istədiyimiz kimi olacaq.

- Stadion amili ilə bağlı nə deyə bilərsiniz? Naxçıvan şəhər stadionunda təmir-bərpa işləri nə yerdədir? Mövsümün sonuna qədər komandanın orada çıxış etmək imkanı olacaq?

- Stadion məsələsində çox şey deyə bilməyəcəm. Çox istərdik ki, komandamız ev oyunlarını Naxçıvanda, doğma azarkeşləri qarşısında keçirsin. Çünki tərəfdarlarımıza böyük ehtiyacımız var. Naxçıvanda böyük azarkeş ordusu var. I divizionda çıxış etdiyimiz vaxt bizi dəstəkləməyə xeyli azarkeş gəlirdi.

- "Araz-Naxçıvan" bir müddət əvvəl ilk "3-lük"də idi. Hazırda isə komanda 8-ci yerdədir. Bir baş məşqçi olaraq bu enişin və qeyri-sabit çıxışın səbəbini nədə görürsünüz?

- Heyətimizin geniş olmamasında. Bu cür eniş yaşamağımızın yeganə səbəbi məhz budur.

- Cari mövsüm Premyer Liqadakı rəqabət sizi qane edir? Çempionatı maraqlı edən hansı amillər var?

- Əsas məsələ Azərbaycan çempionatında yerli məşqçilərin rəqabətidir. Bu, sevindirici amildir. Premyer Liqamızda savadlı, perspektiv vəd edən məşqçilərimiz var.

- Komandanızda Orxan Əliyev və Aksel Nqando zədə səbəbindən məşqdə iştirak etməyiblər. Qarşıdakı matçda onların iştirakı gözlənilir?

- Bu futbolçuların zədəsi o qədər də ciddi deyil. Ümid edirəm ki, "Turan Tovuz"la matçda onları meydanda görəcəyik.

Son xəbərlər
Raşford “Mançester Yunayted”ə tələb irəli sürdü
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Harri Keyn gələcəyi ilə bağlı qərar verdi
Rivaldodan Xabi Alonso açıqlaması
“Mançester Siti” “Real”a səfərdə qalib gəldi
“Ayaks” beş oyunda edə bilmədiyini bu gün etdi” - Qurbanov
“Qarabağ”la oyunun ikinci hissəsində daha yaxşı oynadıq”
“Qarabağ” “Ayaks”a məğlub oldu
“Bayern” Salahın mümkün keçidi ilə bağlı mövqeyini açıqladı
Əli Abaslı Avropa çempionatında ilk qələbəsini qazandı
Vitinyadan Luis Enrike haqda açıqlama
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
ÇL-də yeni rekordçu
“Qarabağ”ın U-19 komandası sonuncu matçında böyük hesabla uduzdu
Salah “Liverpul” rəhbərliyinə müraciət ünvanlaya bilər
DAHA ÇOX

Ən çox oxunanlar