"Qarabağ" qladiatorlar ailəsidi" 

"Sürix" - "Qarabağ" oyununun dramatik anlarından biri Kevin Medinanın ağlayaraq meydanı tərk etdiyi epizod idi. Kolumbiyalı müdafiəçinin zədəsinin ağır olduğu və ən azı 1 ay meydanlardan kənar qalacağı bəllidir. 

Sports.az "Qarabağ"ın aparıcı simalardan biri ilə müsahibəni təqdim edir.


- Kevin, zədələnəndən sonra ağlamağın hamını təsirləndirdi. Həmin an hiss etdin ki, ağır zədədi? 

- O epizodda tullanandan sonra zədələndiyim yerdə nəyinsə sındığını duydum, hətta, o səsi eşitdim. Yerə endikdən sonra dəhşətli bir ağrı his etdim. Ayağa duranda kəskin ağrı var idi, çox ağrıdırdı həqiqətən. Həmin anda səhv etmirəmsə, Maksim Medvedev mənı dedi ki, hissənin bitməsinə 5 dəqiqə qalıb. Bütün ağrılara baxmayaraq, ən azı həmin 5 dəqiqəni meydanda qalmaq istəyirdim. Bunun cəhd edib meydana qayıtdım, amma ağrı imkan vermədi...
Əslində, göz yaşlarım ağrıya görə deyildi. Həm hesabda geridə idik, həm də hər bir futbolçu kimi Çempionlar Liqasının qrupunda oynamaq mənim də arzumdu. Bunun üçün mərhələ keçməli idik. Çox önəmli, çətin və məsuliyyətli məqam, ağır oyun idi. Məhz həmin anda yaşanalardan sonra özümü komanda yoldaşlarımı yarıyolda qoymuş kimi hiss edirdim. Kömək edə bilməyəcəkdim... Gözyaşlarım da daha çox buna görə idi.


- Komanda yoldaşların zədəndən sonra sanki, həm də sənin əvəzinə döyüşməyə başladı. "Sürix"i keçməyiniz az da olsa əhvalını düzəltdi? 

- Doğrudur, komanda yoldaşlarım əsl qəhrəmanlıq, şücaət göstərdilər. Mən zədədən sonra meydana daxil olub oyuna davam etmək istəyəndə və bunu bacarmayıb yerə uzananda Abdulla Zubir yaxınlaşıb "Narahat olma, bu oyunu sənin üçün udacağıq" dedi. 
Komandaya kömək etməyəcəyimi anlamaq məni çox üzürdü. Sonradan həm Zubirin bu sözləri, həm kollektivimizin əsl mübarizlik nümayiş etdirməsi məni bütün ağrılarıma rəğmən sakitləşdirdi və kənardan dəstək olmağa başladım. Mərhələ keçməyimizə çox sevindim, amma komanda yoldaşlarıma kömək edə bilməyəcəyimə görə də üzgünəm. 

- İndi özünü necə hiss edirsən? 

- Pis hiss etmirəm. Amma komandama kömək edə bilməməyim dediyim kimi məni məyus edir. Cərrahiyə əməliyyatı keçirməliyəm. Bunu Almaniyada etməyi düşünürük. Bərpa prosesini isə Portuqaliyada keçməyi planlaşdırırıq. Məndən olsa əməliyyatdan sonra birbaşa Portuqaliyaya gedib bərpa prosesinə başlayaram ki, mümkün qədər tez sağalım. 

- Bakıda şəhərə çıxanda səni tanıyırlarmı? İsveçrədən gələndən sonra tanımadıqların adamlardan dəstək verənlər oldumu? 

- Sports.az vasitəsilə bütün Azərbaycan xalqına mənə saysız-hesabsız mesajları ilə mənəvi dəstək verdikləri üçün təşəkkürümü bildirirəm. Hamımız insanıq. Belə həssas məqamlarda deyilən hər xoş söz adama həddindən artıq yaxşı təsir edir, mənəvi dəstəyə böyük ehtiyac duyulur. Buna görə də, məni unutmayan hər kəsə bir daha təşəkkürümü bildirirəm. Ümumiyyətlə, şəhərə çıxanda həmişə insanların xoş münasibəti ilə qarşılaşıram, şəkil çəkdirmək istəyənlər olur, bir-birimizi dil məhdudiyyətinə görə bəzən anlamasaq da, qısa da olsa ünsiyyət qurmağa çalışırıq. Bu məni çox sevindirir. 

- Komandanı Macarıstan çempionu ilə çox ağır oyunlar gözləyir. Bu qarşılaşmalar haqda nə düşünürsən? 

- Əvvəlcə Polşa, sonra İsveçrə, indi də Macarıstan çempionu... Həddindən artıq ciddi rəqibdi. Bəlli ideyaları olan, nə istədiklərini bilən komandadı. Çox ciddi yanaşmalıyıq. Harda olmağımdan asılı olmayaraq ürəyim komandamladı. Klubuma, baş məşqçimə, futbolçularımıza inanıram. Rəqibə də maksimum hörmətlə yanaşırıq. Bununla belə, komandama güvənirəm ki, bu mərhələni də keçməyi bacaracağıq. Mən "Qarabağ"a "qladiatorlar ailəsi" deyirəm. Burda hamı qladiatorlar kimi döyüşür. Şübhəm yoxdu ki, "Ferentsvaroş"la oyunlarda da qladiatorlar kimi döyüşəcəklər və rəqib üçün heç də asan olmayacaq. Əminəm ki, bu rəqibi də mübarizlik, əzmkarlıq, xarakter hesabına və gözəl oyunla keçəcəyik. 

- Klubunu dəstəkləmək üçün Macarıstana gedəcəksənmi? 

- Bu haqda konkret bir şey deyə bilmərəm. Böyük ehtimalla Macarıstana  getməyim alınmayacaq. Çünki, mümkün qədər tez əməliyyat olunub sıraya qayıtmaq istəyirəm. Məndən olsa elə indi əməliyyata girərəm. Bakıdakı oyunda mütləq komandanın yanında olub dəstəkləyəcəm. Amma Macarıstana getməyim qəliz məsələdi. Bir daha vurğulayım ki, mümkün qədər tez əməliyyat olunmaq istəyirəm. Çünki, "Qarabağ"da oynamaq məni xoşbəxt edir. Futbol oynamasam o xoşbəxtliyi başqa heç nədə tapa bilmirəm. Buna görə də tez bir zamanda əməliyyat olunub, bərpa prosesi keçib komandanın düşərgəsinə qayıtmaq istəyirəm.

Son xəbərlər
999 gündən sonra
“Yuventus” keçmiş oyunçusunu geri qaytarmaq istəyir
“Sabah”dan 20-ci böyükhesablı qələbə
“Birinci görüşdə səhvlərimiz həlledici oldu”
AFFA daha iki komandaya texniki məğlubiyyət verdi
“Çelsi” “Real”ın hücumçusuna maraq göstərir
“Sabah” futbolçusu ilə yollarını ayırdı
“Qarabağ”ın “Liverpul”la oyununu slovakiyalı hakim idarə edəcək
"Turan Tovuz"un futbolçusundan yubiley qolu
“Real”ın müdafiəçisi Bundesliqa klublarının maraq dairəsində
“Qarabağ”ın ev oyunundakı uğursuz seriyası 14 ildən sonra təkrarlandı
Azərbaycan cüdoçuları üçün yeni qaydalarla bağlı seminar
Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlandı
“Arsenal” “Atletiko”nun hücumçusunu satın ala bilər
Hüseynovdan Polşada bürünc medal
Günün oyunları – TV
“Flamenqo” məzununu geri qaytarmaqda israrlıdır
Bernardo Silva “Barselona”ya ismarış ünvanladı
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
La Liqada meydan sahiblərinin günü
“Nitsa” və “Strasburq”dan darmadağın
“Yuventus” “Napoli”yə darmadağınla qalib gəldi
“Fənərbağça” evdə xal itirdi
“Ştutqart” və “Frayburq”dan qələbə
“Mançester Yunayted” “Arsenal”a da qalib gəldi
Nani “Aktobe”də
Süleymanovadan İtaliyada gümüş medal
“Neftçi” məğlubiyyətə üzüldü
DAHA ÇOX

Ən çox oxunanlar