“Təkanlar çox güclü idi və hiss edilirdi, evlər, binalar silkələnirdi...” - Əmrah Çəlikəl

“Təkanlar çox güclü idi və hiss edilirdi, evlər, binalar silkələnirdi...” - Əmrah Çəlikəl

Qardaş Türkiyədəki dəhşətli zəlzələ vaxtı "Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl paytaxt Ankarada idi. Onunla əlaqə saxlayıb Azərbaycana qayıdıb-qayıtmadığını soruşanda "Gəlmişəm, vətəndəyəm!" dedi. Əmrah bəyə həm Türkiyədəki əsrin faciəsi, həm də "Qarabağ"ın "Gent"lə oyunu haqda bir neçə sual ünvanladıq. 

- Başımız sağ olsun. Zəlzələ vaxtı Türkiyədə idiniz. Hiss etdinizmi? Həmin yerdə də dağıntılar oldumu? 
- Ankarada idim. Dağıntıların olmamasına baxmayaraq, təkanlar çox güclü idi və hiss edilirdi. Evlər, binalar silkələnirdi. Bir neçə saat əvvəl Malatya şəhərində 5.2 ve 4.7 ballıq yeni zəlzələlər olub. Bunların hamısı yaxın ərazilərdə hiss edilir. Zəlzələ təbii fəlakətdi və insan oğlu çarəsizdi... Lazımı tədbirlər əvvəlcədən görülməlidi. Türkiyədə itkilərin çox olmasının ən boyük səbəbi zəlzələ zonası olmasına baxmayaraq, zamanında lazımı tədbirlərin gorülməməsidi...

- Faciə bölgəsində qohumlarınız, dost-tanışlarınız var idimi, aralarında itkilər olmadı?
- Həmin bölgədə çoxlu qohumlarım və dost-tanışlarımın yaşamasına baxmayaraq, onların arasında itkilər olmadı. Amma çox boyük bir fəlakət yaşandı... Təhlükə keçmiş deyil, hər gün yüzlərlə təkanlar olur və mütəxəssislər bu halın davam etməsinin gözlənilən dəhşətli İstanbul zəlzələsini tətiklədiyini söyləyirlər... Həyatlarını faciəvi şəkildə itirən hər bir insan üçün çox üzülürük. Bu gün Türkiyədə hamı böyük qorxu içində yaşayır...

- Ümumiyyətlə, "Qarabağ"da çalışan türkiyəlilərin yaxınları arasında itkilər oldumu? 
- Şükürlər olsun, mənim bildiyim qədərilə yoxdu. 

- Bu faciə bütün Azərbaycanı sarsıdıb və sözsüz ki, komandaya da təsirsiz ötüşməyib. "Qarabağ" "Gent"lə oyunda hansısa formada Türkiyəyə dəstəyini ifadə edəcəkmi? 
- Azərbaycanın dövlət-xalq olaraq Türkiyəyə göstərdiyi doğma münasibət hamımızı təsirləndirir və çox sevindirir. Allah birliyimizi daimi etsin! Dünyada iki dövlət və xalq arasında bizə bənzər səmimi münasibət, birlik yoxdu. Bu çox qürurvericidi.

"Gent"lə oyunda zəlzələdə həyatını itirənlərin xatirəsinin bir dəqiqəlik sükut ilə yad ediləcəyi dəqiqləşib. Bu UEFA-nın təşəbbüsüdür. Bilirik ki, avrokubok matçlarının təşkilatçısı UEFA-dı. Azərbaycan və Türkiyə hər bir halda birlikdədir. Bunu Türkiyədə yaşayan 7-dən 70-ə hamı bilir. Dediyim kimi, UEFA-nın təşkilatçılığı ilə keçirilən yarışda bizim könlümüzdən keçənləri gerçəkləşdirməyimiz mümkün deyil. 

- Bir neçə klubumuz zəlzələdən zərər çəkənlər üçün yardım aksiyaları keçirir və bunu ictimaiyyətə təqdim edir. "Qarabağ"ın baş sponsoru "Azərsun Holding" də Türkiyəyə dəstək verib. Klub olaraq hər hansı yardım etmisizmi?
- Qeyd ettiyiniz kimi, "Azərsun Holding" yardımlarını edir. O cümlədən, orda işləyən hər kəs bu aksiyalara qoşulur. Klub olaraq bizim də etdiyimiz və edəcəyimiz yardımlar var. Bunu mümkün qədər klub daxilində, öz aramızda həyata keçirdiyimizdən məlumatsız olmağınız normaldı. Gələcəkdə də yardımlarımıza davam edəcəyik.

- Əsrin faciəsi bütün Azərbaycanı yasa boğub və sözsüz ki, komandanızın oyunçularına da təsirsiz ötüşməyib. Sizcə, "Qarabağ"ın futbolçuları "Gent"lə oyuna psixoloji cəhətdən hazırdırmı? Həm də Türkiyə üçün mücadilə edib, matəmdə olan türkiyəli qardaşlarımıza az da olsa, təsəlli verə biləcəklərmi? 
- Düzdü, bu hadisələr hamımıza dərindən təsir etdi. Amma "Qarabağ" peşəkar komandadır. Hamı 90 dəqiqə ərzində ancaq oyuna motivasya olub, qələbə qazanmaq üçün əlindən gələni edəcək. İnsallah, istədiyimiz nəticəni qazanarıq.

Son xəbərlər
Raşford “Mançester Yunayted”ə tələb irəli sürdü
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Harri Keyn gələcəyi ilə bağlı qərar verdi
Rivaldodan Xabi Alonso açıqlaması
“Mançester Siti” “Real”a səfərdə qalib gəldi
“Ayaks” beş oyunda edə bilmədiyini bu gün etdi” - Qurbanov
“Qarabağ”la oyunun ikinci hissəsində daha yaxşı oynadıq”
“Qarabağ” “Ayaks”a məğlub oldu
“Bayern” Salahın mümkün keçidi ilə bağlı mövqeyini açıqladı
Əli Abaslı Avropa çempionatında ilk qələbəsini qazandı
Vitinyadan Luis Enrike haqda açıqlama
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
ÇL-də yeni rekordçu
“Qarabağ”ın U-19 komandası sonuncu matçında böyük hesabla uduzdu
Salah “Liverpul” rəhbərliyinə müraciət ünvanlaya bilər
DAHA ÇOX

Ən çox oxunanlar