\"Növbəti oyunda uğurlu nəticə olmasa, Tərlan Əhmədov getməlidi\" - Mehman Allahverdiyev

\

“Kəpəz” klubunun idman direktoru Mehman Allahverdiyev “Turan Tovuz”la oyundan sonra matc.az və msport.az saytına müsahibə verib. Sports.az sizi həmin müsahibə ilə tanış edir:

- “Kəpəz”in qış fasiləsindən sonrakı çıxışını dəyərləndirərdiniz. Oyunlarda istefa şüarları olur. Komandada nə baş verir?
- İstefa şüarları “Səbail”lə və “Turan Tovuz”la matçlarda olmuşdu. Nəticə olmayan yerdə həmişə belə söz-söhbətlər yaranır. İstənilən komandada vəziyyət belədir. Biz də oyunumuzu düzəltməliyik ki, bu cür şüarlar təkrarlanmasın.

- Uğursuz nəticələrə münasibətiniz necədir?
- Komanda bəzən məğlub olduğu oyunu da yaxşı keçirir. Məsələn, “Səbail”ə qarşı görüş yaxşı keçsə də, uduzduq. Həmçinin “Qarabağ”la heç-heçə etdiyimiz qarşılaşmanı qeyd edə bilərəm. “Turan Tovuz”la matçın yüksək səviyyədə olduğunu deyə bilmərəm.

- Tərlan Əhmədov komandanı bu vəziyyətdən çıxara biləcəkmi?
- Bunu deyə bilmərəm. Həyatdı, hər şey ola bilər. Elə bir məşqçi ola bilməz ki, komandanı düşdüyü durumdan çıxara bilməsin. Biz də Gəncədə oturub söhbət edəcəyik.

- “Turan Tovuz”la matçdan dərhal sonra klub rəhbərliyinin stadiondaca kiçik iclası oldu. Rəhbərlik nə düşünür?
- İsgəndər Cavadov, İlqar Nadiri və Müşahidə Şurasının üzvləri ilə söhbətimiz oldu. Orada da yüngül müzakirə oldu. Yenə görüşüb müzakirələr aparmalıyıq. Ondan sonra nəsə bir qərar verəcəyik.

- Tərlan Əhmədov mövsümün sonunadək komandada qala biləcək? Sizin ehtimalınız nədi?
- İndi bu suala cavab verə bilmərəm. Bir yerdə oturub bu məsələni müzakirə eləməliyik.

- Bəs sizin fikrinizcə, Tərlan Əhmədov qalmalıdı, yoxsa getməlidi?
- Bu barədə ancaq müzakirələrdən sonra nəsə demək olar. Şəxsən mən fikirləşirəm ki, növbəti oyunda da uğurlu nəticə olmasa, baş məşqçi getməlidi.

- Tərlan Əhmədovla məşqçilər arasında yumruq davası olduğu deyilir. Nə baş verib?
- Mən orada olmamışam. Yalandan nəsə deyə bilmərəm. Elə-belə eşitmişəm ki, aralarında söz-söhbət olub. Yumruq deyəndə, zərbə eşitdiyim qədər sifətə yox, bədəninə dəyib. Hadisəni eşidəndən sonra ora getdim.

- Hər kəs deyir ki, Tərlan Əhmədov yaxşı məşqçi olsa da, xarakterində problem var. Xüsusən də, təcrübəli futbolçularla yola getmədiyi bildirilir. Bunu siz də hiss etmisiniz?
- Düz deyirsiniz ki, qalmaqallar olub. Amma bunların nə ilə əlaqədar olduğuna özü cavab verə bilər.

- Növbəti oyun “Şamaxı” ilə olacaq. Uğurlu nəticə olmasa və Tərlan Əhmədov istefa versə, baş məşqçi postuna namizədiniz var?
- Mən şəxsi fikrimi dedim. Klubun rəhbəri, Müşahidə Şurasının üzvləri var. Hamı bir yerə yığılıb söhbətlər aparıldıqdan sonra qəti qərara gəlinəcək. Tərlanın komandadan uzaqlaşması haqda fikirləşmirdik. Sadəcə, söz-söhbətlər çıxandan sonra da komanda daxilində yüngülvari iclas oldu. Tərlan müəllim həmin iclasda iştirak etmirdi. İlqar müəllim və mən aşağı yaş qrupu məşqçiləri ilə yaranan mübahisə ilə bağlı söhbət elədik. Başqa məşqçi gətirmək barədə qətiyyən fikirləşməmişik. Gəncədə bu məsələlərə aydınlıq gələcək.

Son xəbərlər
Raşford “Mançester Yunayted”ə tələb irəli sürdü
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Harri Keyn gələcəyi ilə bağlı qərar verdi
Rivaldodan Xabi Alonso açıqlaması
“Mançester Siti” “Real”a səfərdə qalib gəldi
“Ayaks” beş oyunda edə bilmədiyini bu gün etdi” - Qurbanov
“Qarabağ”la oyunun ikinci hissəsində daha yaxşı oynadıq”
“Qarabağ” “Ayaks”a məğlub oldu
“Bayern” Salahın mümkün keçidi ilə bağlı mövqeyini açıqladı
Əli Abaslı Avropa çempionatında ilk qələbəsini qazandı
Vitinyadan Luis Enrike haqda açıqlama
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
ÇL-də yeni rekordçu
“Qarabağ”ın U-19 komandası sonuncu matçında böyük hesabla uduzdu
Salah “Liverpul” rəhbərliyinə müraciət ünvanlaya bilər
DAHA ÇOX

Ən çox oxunanlar