Paris 2024
Babayeva Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazandı
17.07.2024 | 22:00
Azərbaycanın paraatıcısı Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Sports.az xəbər verir ki, paraatıcılıq üzrə milli komandamızın üzvü Aybəniz Babayeva Paris-2024 Paralimpiya Oyunlarında iştirak edəcək.
Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında idmançımıza Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.