Argentina Futbol Assosiasiyası FİFA-ya şikayət etdi

Argentina Futbol Assosiasiyası (AFA) Paris Yay Olimpiya Oyunlarında Mərakeşə qarşı oyundan sonra FİFA Intizam Komitəsinə şikayət edib.

Sports.az qurumun saytına istinadən xəbər verir ki, AFA lazımi tənzimləyici tədbirlərin görülməsini tələb edib:

"Gözəl idman növü olan futbolda oyunçuların təhlükəsizliyini təmin etmək vacibdir və biz bunun baş verməsi üçün lazım olan hər şeyi edəcəyik” - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Argentinanın U-23 komandası ilə Mərakeş arasında matç 61-ci dəqiqədə dayandırılıb. Argentinanın 2-ci qolundan sonra Mərakeş millisinin azarkeşləri meydana qaçaraq argentinalı futbolçuların üzərinə fişəng atıblar. İğtişaşlar səbəbindən oyun dayandırılıb. Matç iki saatdan sonra yenidən başlayan zaman VAR sistemi ilə vurulan qol yoxlanılıb və hakim qolu ləğv etmək qərarına gəlib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar