Millimiz paralimpiadada ilk dəfə 7 idman növündə təmsil olunacaq
Azərbaycan millisi Paris-2024 Yay Paralimpiya Oyunlarında ilk dəfə 7 idman növündə təmsil olunacaq.
Sports.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Yarış avqustun 28-dən sentyabrın 8-dək Fransanın paytaxtı Parisdə keçiriləcək. Azərbaycanı paralimpiadada 18 idmançı təmsil edəcək:
Paraatletika
Oloxan Musayev (nüvə itələmə)
Rüfət Rəfiyev (nüvə itələmə)
Lamiyə Vəliyeva (qaçış)
Səid Nəcəfzadə (uzunluğa tullanma)
Orxan Aslanov (uzunluğa tullanma)
Paraüzgüçülük
Raman Saley
Vəli İsrafilov
Könül Süleymanova
Parataekvondo
Sabir Zeynalov
İmaməddin Xəlilov
Əbülfəz Abuzərli
Paracüdo
İlham Zəkiyev
Dürsədəf Kərimova
Xatirə İsmiyeva
Paraatıcılıq
Kamran Zeynalov
Aybəniz Babayeva
Parakamandan oxatma
Cahan Musayev
Parapauerliftinq
Ceyhun Mahmudov