Avarçəkənimiz Diana Dımçenko Parisdə 1/4 finala vəsiqə qazandı

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sports.az xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində üçüncü yeri tutub.

Beləliklə, Dımçenko 1/4 finala vəsiqə qazanıb. Bu raund iyulun 29-da gerçəkləşəcək.

Olimpiada avqustun 11-də başa çatacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar