Paris 2024
Azərbaycan badmintonçusu mübarizəni dayandırdı
29.07.2024 | 11:40
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Sports.az xəbər verir ki, idmançı qrup mərhələsindəki ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmor ilə üz-üzə gəlib.
Rəqibinə uduzan təmsilçimiz yarışla vidalaşmalı olub - 0:2 (13:21, 11:21).
O, iyulun 27-də He Bin Çzyao (Çin) ilə dueldən də məğlub ayrılmışdı - 0:2. Qrupda yalnız birinci yeri tutan idmançı növbəti raunda adlayacaq.
Olimpiada avqustun 11-də başa çatacaq.