Olimpiadada mübarizəni dayandıran idmançımız özü ilə fəxr edir

“Yaxşı oynamadım, lakin pis də çıxış etmədim. Səhv buraxdım, amma özümlə fəxr edirəm, çünki olimpiadada mübarizə apardım”.

Sports.az xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışını başa vuran Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra deyib.

Qrupdakı ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmora uduzan (0:2) idmançı Azərbaycan Badminton Federasiyasına, məşqçisinə və ailəsinə təşəkkür edib: "Çünki qalib və ya məğlub olmağıma baxmayaraq onlar məni həmişə dəstəkləyiblər".

Olimpiada avqustun 11-də başa çatacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar