Anna Başta 1/8 finalda dayandı

Azərbaycanın qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/16 mərhələsindən mübarizəyə qoşulub.

Sports.az xəbər verir ki, təmsilçimiz Honq Yu Yanqla (Çin) qarşılaşıb.

Görüş idmançımızın 15:9 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da təmsilşimiz 1/8 finala yüksəlib.

Annanın 1/8 finalda rəqibi Ukrayna qılıncoynadanı Olqa Xarlan olub. Bu görüşdə idmançımız 6:15 hesabı ilə məğlub olub. Nəticədə Başta mübarizəni dayandırıb.

Olimpiada avqustun 11-də başa çatacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar