Azərbaycan basketbolçuları son oyunda uduzdular

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qrupdakı sonuncu matçına çıxıb.

Sports.az xəbər verir ki, yığma 7-ci turda Kanada yığması ilə üz-üzə gəlib.

Görüş komandamızın 19:21 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə 20:17, Çinə isə 21:19 hesabı ilə qalib gəlib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar