AÇ: Üç güləşçimiz finalda uduzdu

AÇ: Üç güləşçimiz finalda uduzdu

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

Sports.az xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə mübarizəyə start verilmişdi ki, bu gün həmin çəki dərəcələrində həlledici görüşlər baş tutub.

Eldəniz Əzizli (55 kq) yarışa 1/4 finaldan qoşulub və bolqarıstanlı Stefan Qriqorova elə ilk hissədə tam üstünlüklə qalib gəlib - 9:0. Əzizli yarımfinalda rumıniyalı Denis Mihayı da vaxtından əvvəl məğlub edərək 3-cü dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb. Millimizin kapitanı finalda türkiyəli Adem Burak Uzuna 3:11 hesabıyla məğlub olub və qitə birinciliyini gümüş medalla başa vurub.

Taleh Məmmədov (63 kq) da mübarizəyə 1/4 finaldan start verib və italiyalı Yakopo Sandronu 4:1 hesabıyla məyus edib. Məmmədov yarımfinalda ermənistanlı Qraçya Poqosyana növbəti dəfə qalib (5:1) gələrək ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Taleh həlledici görüşdə gürcüstanlı Leri Abuladzeylə üz-üzə gəlib və rəqibinə 1:5 hesabıyla məğlub olaraq növbəti dəfə qitə birinciliyinin gümüş medalını qazanıb.

Sənan Süleymanov (77 kq) 1/8 finalda macarıstanlı Joltan Levaya müqavimət göstərə bilməyib - 0:8.

İslam Abbasov (87 kq) təsnifat mərhələsində fransalı Turpal Maqamadov tam üstünlüklə qalib gəlib - 9:0. Avropa çempionatının gümüş medalçısı 1/8 finalda ispaniyalı Daniel Erreronu da eyni hesabla üstələyib. Ancaq 1/4 finalda türkiyəli Ali Cengizə sonuncu xal (1:1) prinsipinə əsasən uduzub. Rəqib finala yüksəldiyi üçün Abbasov bürünc medal uğrunda gürcüstanlı Laşa Qobadzeylə qarşılaşıb və 0:3 hesabıyla məğlub olub.

Sabah Şəriəti (130 kq) 1/8 finalda macarıstanlı Dariuş Viteklə gərgin keçən mübarizədə sevinən tərəf olub - 5:4. Təmsilçimiz 1/4 finalda rumıniyalı Avropa çempionu və dünya üçüncüsü Alin Kiurariu üzərində inamlı qələbə qazanıb - 9:3. Şəriəti yarımfinalda gürcüstanlı Yakobi Kajayaya sonuncu xal prinsipinə (1:1) əsasən qalib gələrək ilk dəfə Avropa çempionatına finalına adlayıb. Həlledici görüşdə milli üzvü 3 qat olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş Rıza Kayaalpla güləşib. Türkiyəli rəqibinə minimal fərqlə (1:2) uduzan Sabah Avropa ikincisi olub.

Son xəbərlər
“Barselona” inamlı qələbəyə sevindi
“Renn” və “Lans”dan darmadağın
“Milan” və “İnter”dən növbəti qələbə
Derbidə “Fənərbağça” sevindi
Mareska Kaysedo və Rodrini qiymətləndirdi
“Köln”dən darmadağın
Salah “Liverpul”un son uğursuzluq silsiləsini şərh etdi
“Mançester Siti”dən inamlı qələbə
Stankoviç “Krasnodar”a məğlubiyyətə aydınlıq gətirdi
Van Deyk “Aston Villa” üzərində qələbəni şərh etdi
Azərbaycanın iki şahmatçısı mərhələ adladı, ikisi dayandı
“Araz-Naxçıvan” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Məğlub durumda olsaq da, sonda qalib gəldiyimiz üçün sevincliyəm”
“Ağır məğlubiyyət oldu” - Baxşıyev
“Sabah” “Abşeron Lions”a qalib gəldi
“Sumqayıt” və “Turan Tovuz”dan qələbə
Azərbaycan cüdoçuları veteranların dünya çempionatında iştirak edəcəklər
“Barselona” “Strasburq”un hücumçusu ilə maraqlanır
“Turan Tovuz” Tovuza qayıdışını qələbə ilə qeyd etdi - VİDEO
MY “Lill”in gənc istedadı ilə maraqlanır
“Qələbəyə layiq idik” - Berdıyev
“Məşqçilər etiraz edirlər ki, Ayxanın mətbuat konfransları uzun çəkir” - Abbasov
“Kalyari” müdafiəçinə görə ağız açımış üç kluba rədd cavabı verdi
“Neftçi”nin əvəzedicilərindən növbəti qələbə
Yeniyetmə cüdoçular arasında region birinciliyi başa çatıb
“Barselona” “Arsenal”ın kapitanına göz dikib
PSJ-dəki 100-cü oyununda komandaya qələbə qazandırdı
2025-ci ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçu
MY “Nottingem Forest”in yarımmüdafiəçisini satın almaq istəyir
Azərbaycanın FIFA referisi “Arsenal”ın oyununa təyinat aldı
DAHA ÇOX

Ən çox oxunanlar