Həsrət Cəfərov və Ülvü Qənizadə Avropa çempionu oldu

Həsrət Cəfərov və Ülvü Qənizadə Avropa çempionu oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı sona çatıb.

Sports.az xəbər verir ki, yarışın 6-cı günündə son 5 çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Nihat Məmmədli (60 kq) debütdə bolqarıstanlı Avropa çempionu və dünya ikincisi Edmond Nazaryana 3:7 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Məmmədli təsəlliverici görüşdə macarıstanlı Erik Torbayla mübarizə aparıb və 7:0 hesablı qələbəyə sevinib. Nihat üçüncü yer uğrunda ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb və 9:5 hesablı qələbəylə debüt etdiyi Avropa çempionatının bürünc medalını qazanıb. 

Həsrət Cəfərov (67 kq) 1/8 finalda portuqaliyalı Pedro De Moraisə "tuş"la qalib gəlib. Cəfərov 1/4 finalda norveçli Havard Yorgensen üzərində də inamlı qələbə qazanıb - 7:1. Güləşçimiz yarımfinalda türkiyəli Murat Firatı da eyni hesabla üstələyərək adını finala yazdırıb. Həsrət həlledici görüşdə gürcüstanlı Coni Xetsurianiylə gərgin görüş keçirib. İlk hissəni 0:2 hesabıyla geridə başa vuran gənc güləşçimiz ikinci hissədə əzmkar qələbə qazanıb - 3:2. Beləliklə, Həsrət karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu olub. 

Ülvü Qənizadə (72 kq) 1/8 finalda ukraynalı Andrey Kulikə 4:1 hesabıyla qalib gəlib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu üstələyib - 3:1. Həmyerlimiz yarımfinalda türkiyəli Selçuk Canla gərgin mübarizə şəraitində keçən görüşdə sevinən tərəf olub - 2:1. Ülvü finalda fransalı İbrahim Qanemlə ağır görüş keçirib. İlk hissədə rəqibindən aşkar üstün olan Qənizadə fasiləyə 7:0 hesablı üstünlüklə yollansa da, ikinci hissədə yorğunluq sözünü deyib və hesab bərabərləşib - 7:7. Ancaq xalların keyfiyyətindəki üstünlük Ülvüyə karyerasında böyüklər arasında ilk Avropa çempionluğunu qazandırıb. 

Rafiq Hüseynov (82 kq) 1/8 finalda isveçrəli Mark Veberə heç bir şans tanımayıb - 8:0. 3 qat Avropa çempionu 1/4 finalda ermənistanlı Samvel Qriqoryanla gərgin keçən mübarizədən də qalib ayrılıb - 3:2. Hüseynov yarımfinalda türkiyəli Burhan Akbudaka "tuş"la uduzub. Rafiq bürünc medal uğrunda almaniyalı Roland Şvartsla güləşib və minimal fərqlə (1:2) uduzub.

Arif Niftullayev (97 kq) debütdə çexiyalı Artur Omarova minimal fərqlə (1:2) məğlub olub.

Son xəbərlər
“Barselona” inamlı qələbəyə sevindi
“Renn” və “Lans”dan darmadağın
“Milan” və “İnter”dən növbəti qələbə
Derbidə “Fənərbağça” sevindi
Mareska Kaysedo və Rodrini qiymətləndirdi
“Köln”dən darmadağın
Salah “Liverpul”un son uğursuzluq silsiləsini şərh etdi
“Mançester Siti”dən inamlı qələbə
Stankoviç “Krasnodar”a məğlubiyyətə aydınlıq gətirdi
Van Deyk “Aston Villa” üzərində qələbəni şərh etdi
Azərbaycanın iki şahmatçısı mərhələ adladı, ikisi dayandı
“Araz-Naxçıvan” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Məğlub durumda olsaq da, sonda qalib gəldiyimiz üçün sevincliyəm”
“Ağır məğlubiyyət oldu” - Baxşıyev
“Sabah” “Abşeron Lions”a qalib gəldi
“Sumqayıt” və “Turan Tovuz”dan qələbə
Azərbaycan cüdoçuları veteranların dünya çempionatında iştirak edəcəklər
“Barselona” “Strasburq”un hücumçusu ilə maraqlanır
“Turan Tovuz” Tovuza qayıdışını qələbə ilə qeyd etdi - VİDEO
MY “Lill”in gənc istedadı ilə maraqlanır
“Qələbəyə layiq idik” - Berdıyev
“Məşqçilər etiraz edirlər ki, Ayxanın mətbuat konfransları uzun çəkir” - Abbasov
“Kalyari” müdafiəçinə görə ağız açımış üç kluba rədd cavabı verdi
“Neftçi”nin əvəzedicilərindən növbəti qələbə
Yeniyetmə cüdoçular arasında region birinciliyi başa çatıb
“Barselona” “Arsenal”ın kapitanına göz dikib
PSJ-dəki 100-cü oyununda komandaya qələbə qazandırdı
2025-ci ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçu
MY “Nottingem Forest”in yarımmüdafiəçisini satın almaq istəyir
Azərbaycanın FIFA referisi “Arsenal”ın oyununa təyinat aldı
DAHA ÇOX

Ən çox oxunanlar