Rüstəm Orucov yeni təyinatından danışdı

Rüstəm Orucov yeni təyinatından danışdı

“Atletlər Komissiyasına üzvü olmaq, cüdonun davamlı böyüməsinə və inkişafına töhfə vermək fürsətinə malik olduğum üçün fəxr edirəm”.

Sports.az xəbər verir ki, bunu Azərbaycan cüdoçusu Rüstəm Orucov Avropa Cüdo Birliyinin Atletlər Komissiyasına üzvü olması barədə qurumun rəsmi saytına açıqlamasında deyib.

Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı digər bacarıqlı idmançılarla əməkdaşlıq etməyə, onların şəraitini yaxşılaşdırmaq və cüdonun inkişafına dəstək olmaq üçün öz fikir və tövsiyələrini təqdim etməyə hazır olduğunu bildirib.

Göygöldə keçirilmiş Avropa Kuboku barədə də danışan Orucov bu cür yarışların bölgədə cüdonun inkişafına kömək etdiyini vurğulayıb: "İlk dəfə olaraq Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə Göygöldə 18 ölkənin iştirak etdiyi beynəlxalq turnir təşkil olunub. Bölgədə bu cür yarışın keçirilməsi paytaxt Bakı ilə müqayisədə müəyyən çətinliklər yaratsa da, cüdonun potensialını beynəlxalq arenada nümayiş etdirəcək".

Təcrübəli cüdoçu gənc idmançıların karyerasında Göygöl Avropa Kuboku kimi beynəlxalq turnirlərin əhəmiyyətindən də söz açıb. O, yeniyetmə vaxtlarında bu cür turnirlərdə iştirak etdiyini və heç də həmişə uğur qazanmadığını etiraf edib. Bununla belə, Orucov heç vaxt motivasiyasını itirmədiyini və daha çox çalışdığını vurğulayıb.

O, gənc idmançılara heç vaxt arzularından əl çəkməməyi və məqsədlərinə doğru yorulmadan irəliləməyi tövsiyə edib.

Son xəbərlər
“Barselona” inamlı qələbəyə sevindi
“Renn” və “Lans”dan darmadağın
“Milan” və “İnter”dən növbəti qələbə
Derbidə “Fənərbağça” sevindi
Mareska Kaysedo və Rodrini qiymətləndirdi
“Köln”dən darmadağın
Salah “Liverpul”un son uğursuzluq silsiləsini şərh etdi
“Mançester Siti”dən inamlı qələbə
Stankoviç “Krasnodar”a məğlubiyyətə aydınlıq gətirdi
Van Deyk “Aston Villa” üzərində qələbəni şərh etdi
Azərbaycanın iki şahmatçısı mərhələ adladı, ikisi dayandı
“Araz-Naxçıvan” “Sumqayıt”a belə uduzdu - VİDEO
“Məğlub durumda olsaq da, sonda qalib gəldiyimiz üçün sevincliyəm”
“Ağır məğlubiyyət oldu” - Baxşıyev
“Sabah” “Abşeron Lions”a qalib gəldi
“Sumqayıt” və “Turan Tovuz”dan qələbə
Azərbaycan cüdoçuları veteranların dünya çempionatında iştirak edəcəklər
“Barselona” “Strasburq”un hücumçusu ilə maraqlanır
“Turan Tovuz” Tovuza qayıdışını qələbə ilə qeyd etdi - VİDEO
MY “Lill”in gənc istedadı ilə maraqlanır
“Qələbəyə layiq idik” - Berdıyev
“Məşqçilər etiraz edirlər ki, Ayxanın mətbuat konfransları uzun çəkir” - Abbasov
“Kalyari” müdafiəçinə görə ağız açımış üç kluba rədd cavabı verdi
“Neftçi”nin əvəzedicilərindən növbəti qələbə
Yeniyetmə cüdoçular arasında region birinciliyi başa çatıb
“Barselona” “Arsenal”ın kapitanına göz dikib
PSJ-dəki 100-cü oyununda komandaya qələbə qazandırdı
2025-ci ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçu
MY “Nottingem Forest”in yarımmüdafiəçisini satın almaq istəyir
Azərbaycanın FIFA referisi “Arsenal”ın oyununa təyinat aldı
DAHA ÇOX

Ən çox oxunanlar