Avropa kubokuna 7 cüdoçu ilə

27-28 mayda Portuqaliyanın Koimbra şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa kuboku keçiriləcək.

Sports.az xəbər verir ki, turnirdə 27 ölkədən 492 idmançı iştirak edəcək. Azərbaycan yarışda 3 çəki dərəsində 7 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçisi Emin İskəndərov rəhbərlik edəcək.

-50 kq
Bahadır Feyzullayev
Nihad Məmişov

-55 kq
Həsən Həsənli
Murad Fətullayev

-60 kq
Fərid Qasımzadə
Nicat Süleymanov
Ayxan Mirzəzadə

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar