Dünya çempionatına hazırlıq üçün Göygöl və Buxarest toplanışı

Dünya çempionatına hazırlıq üçün Göygöl və Buxarest toplanışı

Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət milli komanda növbəti təlim-məşq toplanışına start verib.

Sports.az xəbər verir ki, iyunun 4-dən Göygöl Olimpiya İdman Kompleksində məskunlaşan yığmamız ayın 18-dək xüsusi fiziki hazırlığı əhatə edən toplanış keçəcək.      

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 26 güləşçi TMT-də iştirak edir. Gündəlik iki məşqin olduğu hazırlıq prosesinə Eldəniz Əzizli, Tural Mehtiyev (hər ikisi 55 kq), Nihat Məmmədli, Murad Məmmədov, Nihad Quluzadə (hamısı 60 kq), Taleh Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Həsən Məmmədli, Əsgər Əlizadə (hamısı 67 kq), Ülvü Qənizadə, Nihad Məmmədli (hər ikisi 72 kq), Sənan Süleymanov, Xasay Həsənli, Qurban Qurbanov (hamısı 77 kq), Rafiq Hüseynov, Tuncay Vəzirzadə, Elcan Məmmədov (hamısı 82 kq), İslam Abbasov, Məhəmməd Əhmədiyev, Laçın Vəliyev (hamısı 87 kq), Arif Niftullayev, Zamir Maqomedov, Murad Əhmədiyev (hamısı 97 kq), Sabah Şəriəti və Sərxan Məmmədov (hər ikisi 130 kq) cəlb edilib. Fiziki hazırlıq üzrə məşqlər ABŞ-dan dəvət edilmiş mütəxəssis Mark Alan Filippinin proqramı əsasında həyata keçirilir.

Qadınlardan ibarət millimizin bir neçə üzvü isə sabah Rumıniyaya yollanacaq. Baş məşqçi Semyon Şterevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) iyunun 19-dək Buxarestdə başqa ölkələrin güləşçiləriylə birgə təlim-məşq toplanışında iştirak edəcək.

Hər iki millimizin təlim-məşq toplanışı sentyabrın 16-dan 24-dək Serbiyada keçiriləcək lisenziya xarakterli dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Son xəbərlər
Alba Messi haqda: “Heç vaxt düşünməzdim ki…”
Məhəmməd Salah Ueyn Runinin rekordunu təkrarlayıb
Azərbaycan Velosiped İdmanı Federasiyasında qazaxıstanlı idman direktoru
Mbappe ən yaddaqalan qolu ilə bağlı sualı cavabladı
5-ci tura yekun vurulur
Günün oyunları – TV
Amorim iki futbolçusunun “Mançester Yunayted”i tərk edəcəyinə hazırdır
“Liverpul”un keçmiş qapıçısından Alison açıqlaması
“Mən daha əvvəlki deyiləm” - Mbappe
Remzi “UNAM Pumas”la müqaviləsinə xitam verdi
Yamal xüsusi proqrama salındı
“Cenoa”nın baş məşqçisi vəzifəsinə namizəd məlumdur
“Turan Tovuz” “Şamaxı”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
“Real”dan darmadağın
PSJ-yə bir qol bəs etdi
“Liverpul” qələbə həsrətinə son qoydu
“Yuventus”dan səfərdə çətin qələbə
Mbappe PSJ ilə “Real” arasındakı fərqdən söhbət açdı
“Bayern”lə “Bayer” də bacarmadı
“Liverpul”un kapitanı “qırmızılar”ın oyunundakı enişi şərh etdi
“Qalatasaray”dan ev oyununda heç-heçə
Beraldo haqqında dolaşan şayiəni təkzib etdi
Ekitike bütün zamanların ən yaxşı oyunçusunu açıqladı
İdman direktoru “Liverpul”u tərk edə bilər
Azərbaycanın daha bir cüdoçusu DÇ-də qızıl medal qazandı
“Neftçi” NTD-ni məğlub etdi
“Sumqayıt”da yeni futbolçu
Touni Avropa futboluna qayıda bilər
“Araz-Naxçıvan” ÇL-in pley-off mərhələsinə vəsiqə qazandı
“Neftçi”dən darmadağın - VİDEO
DAHA ÇOX

Ən çox oxunanlar