Güləşçilərimiz Dünya Çimərlik Oyunlarına 3 lisenziya qazandılar

Güləşçilərimiz Dünya Çimərlik Oyunlarına 3 lisenziya qazandılar

Sinqapurda çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsi baş tutub.

Sports.az xəbər verir ki, yarışda ölkəmizi 3 güləşçi təmsil edib.

Rübail İbrahimli (70 kq) D qrupunda fransalı Kuentin Stikerlə (2:1) macarıstanlı Battulqa Raaşa (3:1) qalib gəlib, çinli Şiyian Jouya (1:1) sonuncu xal prinsipinə əsasən uduzub. Həmyerlimiz 1/4 finalda gürcüstanlı Levan Kelexsaşviliyə 1:3 hesabıyla məğlub olub.

İbrahim Yusubov (90 kq) A qrupunda rumıniyalı Mihay Palagiya (3:1), belçikalı Yonas Van Kaenegem (3:0) və pakistanlı Muhammad İnamı (3:0) üstələyib. Yarımfinalda türkiyəli Mahmut Özkaya (2:6) ilə bacarmayan təcrübəli güləşçimiz seneqallı Sini Sembeneyə (4:0) heç bir şans tanımayaraq bürünc medala sahib çıxıb.

Oyan Nəzəriani (+90 kq) A qrupunda gürcüstanlı Mamuka Kordzayaya minimal fərqlə uduzub – 0:1. Nəzəriani serbiyalı Maqomedqadji Nurasulovla (3:1) yaponiyalı Masayuki Amanoya (3:0) qalib gəlsə də, qrupdan çıxa bilməyib.

Bu mərhələ Dünya Çimərlik Oyunlarına lisenziya xalları verən sonuncu yarış olub. Beləliklə, avqustun 10-11-də İndoneziyanın Bali şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarında ölkəmiz çimərlik güləşində 70, 80, 90 və +90 kq-da iştirak hüququ qazanıb.

Son xəbərlər
Alba Messi haqda: “Heç vaxt düşünməzdim ki…”
Məhəmməd Salah Ueyn Runinin rekordunu təkrarlayıb
Azərbaycan Velosiped İdmanı Federasiyasında qazaxıstanlı idman direktoru
Mbappe ən yaddaqalan qolu ilə bağlı sualı cavabladı
5-ci tura yekun vurulur
Günün oyunları – TV
Amorim iki futbolçusunun “Mançester Yunayted”i tərk edəcəyinə hazırdır
“Liverpul”un keçmiş qapıçısından Alison açıqlaması
“Mən daha əvvəlki deyiləm” - Mbappe
Remzi “UNAM Pumas”la müqaviləsinə xitam verdi
Yamal xüsusi proqrama salındı
“Cenoa”nın baş məşqçisi vəzifəsinə namizəd məlumdur
“Turan Tovuz” “Şamaxı”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
“Real”dan darmadağın
PSJ-yə bir qol bəs etdi
“Liverpul” qələbə həsrətinə son qoydu
“Yuventus”dan səfərdə çətin qələbə
Mbappe PSJ ilə “Real” arasındakı fərqdən söhbət açdı
“Bayern”lə “Bayer” də bacarmadı
“Liverpul”un kapitanı “qırmızılar”ın oyunundakı enişi şərh etdi
“Qalatasaray”dan ev oyununda heç-heçə
Beraldo haqqında dolaşan şayiəni təkzib etdi
Ekitike bütün zamanların ən yaxşı oyunçusunu açıqladı
İdman direktoru “Liverpul”u tərk edə bilər
Azərbaycanın daha bir cüdoçusu DÇ-də qızıl medal qazandı
“Neftçi” NTD-ni məğlub etdi
“Sumqayıt”da yeni futbolçu
Touni Avropa futboluna qayıda bilər
“Araz-Naxçıvan” ÇL-in pley-off mərhələsinə vəsiqə qazandı
“Neftçi”dən darmadağın - VİDEO
DAHA ÇOX

Ən çox oxunanlar