Azərbaycan cüdoçusundan Astanada bürünc medal

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

Sports.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici dueldə Belçika təmsilçisi Ryheul Amberi yenib.

66 kq-dakı Kəramət Hüseynov eyni raundda ispaniyalı Albert Martinə uduzaraq beşinci yeri tutub.

Qeyd edək ki, digər 6 cüdoçu medal şanslarını əvvəlki mərhələlərdə itirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar