Güləşçilərimiz AÇ-nin finalında erməniyə rəqib oldular

Güləşçilərimiz AÇ-nin finalında erməniyə rəqib oldular

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Sports.az xəbər verir ki, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Bəşir Verdiyev (48 kq) son saniyələrdə qələbəni əldən verib. Güləşçimiz gürcüstanlı Gegi Onianiyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.

Hacı Kərimov (55 kq) əvvəlcə türkiyəli Hacı Zadəyə tam üstünlüklə qalib gəlib - 10:0. 1/4 finalda rusiyalı İbrahimhacı Maqomedovla görüş gərgin mübarizə şəraitində keçib. Yekunda 12:10 hesablı qələbə Kərimovu yarımfinala daşıyıb. Milli üzvü yarımfinalda fransalı Ubayda İtayevə heç bir şans tanımayaraq (12:0) adını finala yazdırıb. Hacı həlledici görüşdə ermənistanlı Samvel Gevorqyanla qarşılaşacaq.

Mirzəağa Axundov (65 kq) debütdə isveçrəli Aaron Zberqə 11:0 hesabıyla qalib gəlsə də, 1/8 finalda türkiyəli Rəmzi Temura müqavimət göstərə bilməyib - 0:12. Rəqib finala yüksəldiyi üçün Axundov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Həmyerlimiz bolqarıstanlı Erdal Qaliplə üz-üzə gələcək.

Şeyxəli Babazadə (80 kq) startda polşalı Bartlomey Novakovskiylə bacarmayıb - 4:9.

Yarışa 1/4 finaldan başlayan Yusif Dursunov (110 kq) belaruslu Yaraslav Koxanı "tuş"la yolundan kənarlaşdırıb. Ağstafa güləş məktəbinin yetirməsi yarımfinalda türkiyəli Arda Güləri də vaxtından əvvəl məğlub edərək (11:0) 2-ci dəfə Avropa çempionatının finalına yüksəlib. Dursunovun finalda rəqibi ermənistanlı Henrik Haykyan olacaq.

Təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar iyunun 17-də keçiriləcək.

Son xəbərlər
Alba Messi haqda: “Heç vaxt düşünməzdim ki…”
Məhəmməd Salah Ueyn Runinin rekordunu təkrarlayıb
Azərbaycan Velosiped İdmanı Federasiyasında qazaxıstanlı idman direktoru
Mbappe ən yaddaqalan qolu ilə bağlı sualı cavabladı
5-ci tura yekun vurulur
Günün oyunları – TV
Amorim iki futbolçusunun “Mançester Yunayted”i tərk edəcəyinə hazırdır
“Liverpul”un keçmiş qapıçısından Alison açıqlaması
“Mən daha əvvəlki deyiləm” - Mbappe
Remzi “UNAM Pumas”la müqaviləsinə xitam verdi
Yamal xüsusi proqrama salındı
“Cenoa”nın baş məşqçisi vəzifəsinə namizəd məlumdur
“Turan Tovuz” “Şamaxı”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
“Real”dan darmadağın
PSJ-yə bir qol bəs etdi
“Liverpul” qələbə həsrətinə son qoydu
“Yuventus”dan səfərdə çətin qələbə
Mbappe PSJ ilə “Real” arasındakı fərqdən söhbət açdı
“Bayern”lə “Bayer” də bacarmadı
“Liverpul”un kapitanı “qırmızılar”ın oyunundakı enişi şərh etdi
“Qalatasaray”dan ev oyununda heç-heçə
Beraldo haqqında dolaşan şayiəni təkzib etdi
Ekitike bütün zamanların ən yaxşı oyunçusunu açıqladı
İdman direktoru “Liverpul”u tərk edə bilər
Azərbaycanın daha bir cüdoçusu DÇ-də qızıl medal qazandı
“Neftçi” NTD-ni məğlub etdi
“Sumqayıt”da yeni futbolçu
Touni Avropa futboluna qayıda bilər
“Araz-Naxçıvan” ÇL-in pley-off mərhələsinə vəsiqə qazandı
“Neftçi”dən darmadağın - VİDEO
DAHA ÇOX

Ən çox oxunanlar