AÇ-nin son günündə 2 qızıl və 2 bürünc medal

AÇ-nin son günündə 2 qızıl və 2 bürünc medal

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı sona çatıb.

Sports.az xəbər verir ki, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxıb.

Cəfər Cəfərov (45 kq) debütdə türkiyəli Əbubəkr Gür üzərində inamlı qələbə qazanıb - 16:7. Güləşçimiz ermənistanlı Armen Papikyana tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Cəfərovun qarşısında polşalı Pavlo İlnitski cəmi 35 saniyə duruş gətirə bilib – 10:0. Cəfər finalda gürcüstanlı Mate Tsinadzeni də vaxtından əvvəl məğlub edərək (11:0) Avropa çempionu olub.

Seyhun Əlizadə (51 kq) 1/8 finalda ermənistanlı Saşa Petrosyanla bacarmayıb - 2:15. Rəqib finala yüksəldiyi üçün Əlizadə təsəlliverici görüşdə britaniyalı Danuş Yovkarla qarşılaşıb və 10:0 hesablı qələbəyə sevinib. Seyhun son qarşılaşmada moldovalı Marsel Andronakeni 5:2 hesabıyla üstələyərək bürünc medal qazanıb. 

Camal Abbasov (60 kq) 1/8 finalda fransalı Abdullah Nakayevə heç bir şans tanımayıb - 11:0. Gəncə güləş məktəbinin yetirməsi yunanıstanlı Flippos Psoması da 6:0 hesabıyla xalçadan məyus yola salıb. Abbasov yarımfinalda türkiyəli Vahid Yılmaza vaxtından əvvəl (10:0) qalib gəlib və ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici görüşdə Camalın rəqibi rusiyalı Akramat Şakriyev olub. Gəncə güləş məktəbinin yetirməsi 9:2 hesablı qələbəylə ardıcıl 2-ci dəfə U-17 Avropa çempionatının qalibi olub.

İsmayıl Rəhimli (71 kq) litvalı Arnas Linkeviçyusa 10:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda ermənistanlı Narek Nikoqosyana minimal fərqlə (2:3) məğlub olub. Rəqibin finaladək irəliləməsi Rəhimli bürünc medal qazanmaq şansı yaradıb. İsmayıl təsəlliverici görüşdə gürcüstanlı Yoseb Mefarişvilini mübarizədən kənarlaşdırıb - 5:2. Son görüşdə almaniyalı Feliks Şmitdən xalların keyfiyyətinə görə (3:3) üstün olan Rəhimli bürünc medalı boynundan asıb.

Səid Paşayev (92 kq) təsnifat mərhələsində türkiyəli Eyyup Çətinə müqavimət göstərə bilməyib - 2:13. Rəqib finala yüksəldiyi üçün Paşayev təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Səid belaruslu Aleksey Kulakovla da bacarmayıb - 0:10.

Son xəbərlər
Alba Messi haqda: “Heç vaxt düşünməzdim ki…”
Məhəmməd Salah Ueyn Runinin rekordunu təkrarlayıb
Azərbaycan Velosiped İdmanı Federasiyasında qazaxıstanlı idman direktoru
Mbappe ən yaddaqalan qolu ilə bağlı sualı cavabladı
5-ci tura yekun vurulur
Günün oyunları – TV
Amorim iki futbolçusunun “Mançester Yunayted”i tərk edəcəyinə hazırdır
“Liverpul”un keçmiş qapıçısından Alison açıqlaması
“Mən daha əvvəlki deyiləm” - Mbappe
Remzi “UNAM Pumas”la müqaviləsinə xitam verdi
Yamal xüsusi proqrama salındı
“Cenoa”nın baş məşqçisi vəzifəsinə namizəd məlumdur
“Turan Tovuz” “Şamaxı”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
“Real”dan darmadağın
PSJ-yə bir qol bəs etdi
“Liverpul” qələbə həsrətinə son qoydu
“Yuventus”dan səfərdə çətin qələbə
Mbappe PSJ ilə “Real” arasındakı fərqdən söhbət açdı
“Bayern”lə “Bayer” də bacarmadı
“Liverpul”un kapitanı “qırmızılar”ın oyunundakı enişi şərh etdi
“Qalatasaray”dan ev oyununda heç-heçə
Beraldo haqqında dolaşan şayiəni təkzib etdi
Ekitike bütün zamanların ən yaxşı oyunçusunu açıqladı
İdman direktoru “Liverpul”u tərk edə bilər
Azərbaycanın daha bir cüdoçusu DÇ-də qızıl medal qazandı
“Neftçi” NTD-ni məğlub etdi
“Sumqayıt”da yeni futbolçu
Touni Avropa futboluna qayıda bilər
“Araz-Naxçıvan” ÇL-in pley-off mərhələsinə vəsiqə qazandı
“Neftçi”dən darmadağın - VİDEO
DAHA ÇOX

Ən çox oxunanlar