Emin Mahmudov “Neftçi”də qaldı

Emin Mahmudov “Neftçi”də qaldı

“Neftçi”nin kapitanı Emin Mahmudov klubda qalacağını təsdiqləyib.

Sports.az xəbər verir ki, o, bununla bağlı “Report”a açıqlamasında bunları söyləyib:

“Neftçi”yə sadiqəm. Bir dəfə “ağ-qaralı” olan həmişə “ağ-qaralı” qalır. Qismət olsa, karyeramı elə doğma komandamda bitirməyi düşünürəm. Heç vaxt bir az daha çox qazanmaq üçün komandadan ayrılmaq haqqında düşünməmişəm. Sadəcə, özümü daha reytinqli və güclü çempionatda, fərqli atmosferdə sınamaq istəyirdim. Ona görə də yeni çağırışları dəyərləndirmək fikrinə düşdüm. Sözün düzü, həm Rusiya, həm Türkiyə, həm də bir sıra digər ölkələrdən təkliflər aldım. Amma gəlin, açıq danışaq ki, oynayacağın çempionatdan əlavə, həm də çıxış edəcəyin komanda da önəmlidir. Bu baxımdan təklifləri nəzərdən keçirdim, götür-qoy etdim və son olaraq qərar verdim ki, gələn təkliflərin heç biri 6 ildir formasını geyindiyim “Neftçi”dən ayrılmağa dəyməz. Çünki bu klubda özümü həqiqətən xoşbəxt hiss edirəm. Azarkeşlər, klub rəhbərliyi, komanda yoldaşlarım və digərləri, hər kəs məni sevir, hörmət edir, komandanın kapitanıyam. Bütün bu amilləri nəzərə alaraq yekunda doğma klubumda qalmağa qərar verdim”.

Azərbaycan milli komandasının da üzvü olan yarımmüdafiəçi qeyd edib ki, maliyyə məsələlərindəki anlaşmazlıqla bağlı söhbətlərin hardan çıxdığını bilmir: “Əgər məsələ təkcə pul və ya daha çox qazanmaq olsaydı, inanın ki, geridə qalan 6 il ərzində dəfələrlə hətta indikindən də sərfəli şərtlərlə təkliflərim olmuşdu. Amma hər zaman sevildiyim yerdə, mənə doğma olan “Neftçi”də qalmağı seçmişəm”.

Yarımmüdafiəçi bu gün Rusiyanın Sankt Peterburq şəhərinə, komandanın təlim-məşq toplanışına yola düşdüyünü bildirib: “Çatan kimi məşqlərə start verəcəm. Ümid edirəm ki, qarşıdakı “Srvena Zvezda” ilə oyunda meydana çıxıb komanda yoldaşlarıma kömək edəcəm”.

Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən “Neftçi”də çıxış edir.

Son xəbərlər
“Qalatasaray” Çempionlar Liqası ilə vidalaşdı
“Trabzonspor”a bir qol bəs etdi
Kalafyori İtaliya nəhənginə qoşula bilər
1/4 finala yüksələn ilk komanda bəlli oldu
“Mançester Siti”nin müdafiəçisi Milana köçə bilər
ACF tərəfindən 25 klub və idman təşkilatına lisenziya təqdim edildi
“Barselona” “Borussiya”nın hücumçusu ilə maraqlanır
Şirvanda BWF-nin badminton təlimləri keçirilib
“Aston Villa” ulduzunu itirə bilər
“Azərreyl” və “DH Volley”dən qələbə
Slot Niderland nəhəngini çalışdıra bilər
“Şəfa” qalib gəldi, “Səbail” xal itirdi
Kvaratsxeliya “Arsenal”a keçir?
20-ci turun oyun cədvəli açıqlandı
PSJ “Bayern”in hücumçusunu satın almağa hazırdır
Cüdoçular üçün maarifləndirici görüş keçirilib
“Yuventus” “Olimpik”in hücumçusu ilə maraqlanır
Atletlər Komissiyasının 2026-cı ildə ilk iclası
“Arsenal” “Bayern”in cinah müdafiəçisini satın almağa hazırdır
“Araz-Naxçıvan”a Şamaxıda 1 qol bəs etdi - VİDEO
“Real” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
“3-4 oyundur, haqq etmədiyimiz halda məğlub oluruq”
“Şamaxı” ilə oyun heç-heçə də bitə bilərdi” - Demçenko
“Turan Tovuz”la “Çinar”a texniki məğlubiyyət verildi
PSJ və “Real” “Qalatasaray”ın hücumçusu uğrunda çəkişəcəklər
2-ci Liqa klublarının cəzası açıqlandı
“Atletiko” “Olimpik”in hücumçusu ilə maraqlanır
Azərbaycan yığması Farer adalarına uduzdu
“Şamaxı” “Araz-Naxçıvan”a evdə uduzdu
“Roma” “Everton”n cinah müdafiəçisi ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar