Kamran Quliyev "Neftçi"ni "Qarabağ"a dəyişir?

Kamran Quliyev

Son günlər hansı idman jurnalisti ilə görüşürəm ona Kamran Quliyev zəng edir. Adam lap duyğulanır. Rafet El Romanın bir mahnısında deyildiyi kimi "Aşk değilse, sevgi değilse, Bu ne söyle, söyle bana"... 

Deyilənə görə, o futbolda qala bilər. İnanmıram. Çünki, 10 gün əvvəl 45 yaşını qeyd etmiş eks-prezidenti təntənə ilə yola salmaq üçün hər şey edildi. "Zenit" və "Spartak"la oyunlar, "Otkrıtiye Arena"nın yaşıl meydanına çıxıb futbolçularla foto çəkdirmək, Rusiyanın tanınmış KİV-lərinə müsahibələr və s. Bir "Otkrıtiye Arena"da şərəf dövrəsi vurmaq qalmışdı...  

Kamran müəllimin gedəcəyi çoxdan bəlli idi və bir ay öncədən də 100 faiz dəqiqləşmişdi. Adətən, kimisə vəzifədən birdəfəlik uzaqlaşdırılanda belə edirlər: Əlinə medaldan-zaddan, özünə fəxri addan-filandan verib yola salırlar. SOCAR da 5 ildən artıq müddətdəki bir çempionluğu Rusiya ezamiyyəti ilə qiymətləndirmişdi.

Rəhbərliyinin bu cür jestlərindən sonra Kamran Quliyevin "Neftçi"dən qovulması, bəyanatdakı "azad edildi" sözləri bəlkə də onun reallıq hissini itirərək keçmiş kreslosundan bərk yapışıb buraxmaq istəməməsinə görə idi və bir daha bu sahəyə qayıtmayacağına işarədi. 
Bəlkə də yeyintilərə, mediada və futbol ictimaiyyətində gündəm olan "Neftçi" prezidenti özünə həm də futbolçu kimi maaş yazdırır" tipli xəbərlərə görədi. 

Sizi bilmirəm, öz aramızda deyim ki, mən Elxan Məmmədovun kadrlarından belə şey gözləmirəm. Amma Azərbaycan futbolu Elxan Məmmədovun kadrlarından tam təmizlənməyincə nə desən gözləmək olar, o cümlədən, sabah Kamran Quliyev X bir kluba vəzifəyə getdi və ya AFFA-nın, "Qarabağ"ın mətbuat katibi oldu xəbəri çıxsa, heç kim təəccüblənməyəcək.

..."Neftçi"nin yeni rəhbərliyi bir qədər geciksə də, ümumən işə çox yaxşı, deyərdim ki, sözün yaxşı mənasında aqressiv girişib. "Flaqman"nın avrokubok mövsümündə ilk rəqibi "Jelezniçar"ı keçəcəyinə şübhə etmirəm. 

Yeni transferlər əladı. Görünən bu ki, komanda çempionluğu hədəfləyir. Müdafiə xətti bu transferlərdən sonra tədricən komplekləşir. Eyni sözləri hələlik hücum haqda demək olmur. Yeganə "dişə vurulası" hücumçu Saldanyanın "Partizan"a gözlənilən gedişi "ağ qaralar"ı ən azı 2 yeni hücumçu almağa məcbur edir. Çünki, Boqomolski birmənalı "Neftçi" səviyyəsində futbolçu deyil. Ümumiyyətlə, yeni transferlərlə yanaşı əvvəlki heyətin təmizləmə prosesinə də davam etmək lazımdı. 

Yuxarıda adını çəkdiyim Boqomolski, Höccət Haqverdi və bir çox başqa isimlər var ki, klub büdcəsinə artıq yükdü və çempionluq hədəfləyən komandaya kömək edəcək potensialları yoxdu.

"Neftçi"də çalışmalar davam edir. Klub düşərgəsindən xoş xəbərlər gəlməkdədir. Xeyirlisi. Ümid edək ki, hər şey "Neftçi" adına uyğun, bu klubun möhtəşəm azarkeşlərinin layiq olduğu kimi bitəcək!

Son xəbərlər
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
Avropa Liqasının 1/8 final mərhələsi başlayır
DAHA ÇOX

Ən çox oxunanlar