Dünya Kuboku: Teymur Rəcəbov və Ülviyyə Fətəliyeva növbəti mərhələdə

Dünya Kuboku: Teymur Rəcəbov və Ülviyyə Fətəliyeva növbəti mərhələdə

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 2-ci mərhələnin cavab görüşləri başa çatıb.

Sports.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbovla Ülviyyə Fətəliyeva adını 3-cü mərhələyə yazdırıb.

İlk görüşdə heç-heçə edən Teymur Rəcəbov macar Viktor Erdoşla cavab oyununda uğur qazanıb. Qara fiqurlarla mübarizə aparan qrossmeyster rəqibi təslim olmağa məcbur edib. İki görüşün nəticəsinə əsasən 1,5:0,5 hesablı qələbə qazanan Rəcəbov növbəti mərhələyə adlayıb.

Xanım şahmatçılarımızdan Ülviyyə Fətəliyeva ümidləri doğruldub. Qara fiqurlarla Polşa təmsilçisi Monika Soçkonu üstələyən şahmatçımız mübarizəni davam etdirmək hüququna yiyələnib. İki oyunun nəticəsinə əsasən Ülviyyə 1,5:0,5 hesablı qələbə qazanıb.

Dünya Kubokunda gözlənilməz nəticə Tin Jinqao (Sinqapur) - Şəhriyar Məmmədyarov (Azərbaycan) partiyasında qeydə alınıb. Ağ fiqurlarla inamlı oyun sərgiləyən rəqib şahmatçı cavab matçında Məmmədyarovu üstələyib. 1,5:0,5 hesablı nəticə Sinqapur şahmatçısını növbəti mərhələyə çıxarıbsa, Məmmədyarov yarışla erkən vidalaşıb.

Vüqar Əsədli FİDE təmsilçisi Yan Nepomnyaşi ilə görüşdə heç-heçəyə razılaşıb. İlk partiyada qələbə qazanan Nepomnyaşi 3-cü mərhələyə adlayıb.

Misrəddin İskəndərov Hindistan şahmatçısı Domaracu Qukeşə hər iki partiyada uduzmaqla yarışdan kənarda qalıb.

Aydın Süleymanlı və Vasif Durarbəyli isə müvafiq olaraq, Parham Maqsudlu (İran) və Jül Mussara (Fransa) qarşı görüşlərdə iki partiyanın ümumi nəticəsində məğlubiyyət acısı yaşayıblar.

Qadınların yarışında Günay Məmmədzadə, Gövhər Beydullayeva və Gülnar Məmmədova Dünya Kubokunun 1/32 finalında mübarizəni dayandırıblar.

Azərbaycan şahmatçılarından Nicat Abasov, Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov və Abdulla Qədimbəyli hər iki görüşdə heç-heçə oynadığından həlledici mərhələ sayılan tay-brekdə çıxış edəcəklər.
 

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar