Dünya Kuboku: Nicat Abasov 1/16 finalda

Dünya Kuboku: Nicat Abasov 1/16 finalda

Bakıda təşkil edilən şahmat üzrə Dünya Kubokunda 3-cü mərhələnin tay-brek görüşləri keçirilib.

Sports.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme Santosla üz-üzə gəlib.

İlk partiya Santosun uğurlu oyunu ilə yadda qalıb. Ağ fiqurlarla oynayan Rəcəbov məğlubiyyət acısı yaşayıb. İkinci görüşdə tərəflər heç-heçə edib. Yekunda ümumi nəticəyə əsasən Hayme Santos 1/16 finala adlayıb. Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.
Azərbaycanın digər təmsilçisi Rauf Məmmədov da komanda yoldaşının aqibətini təkrarlayıb. Məmmədov FIDE adından çıxış edən Yan Nepomnyaşiyə hər iki oyunda uduzmaqla turnirlə vidalaşıb. 

Ölkəmizin yarışda son təmsilçisi Nicat Abasov təcrübəli Aniş Girini üstələməklə növbəti mərhələyə vəsiqəni təmin edib. İlk rapid oyununda Aniş Giri qələbə qazansa da, Nicat Abasov ikinci oyunda hesabı bərabərləşdirib. İlk iki blits partiyasında tərəflər heç-heçəyə razılaşıb 0,5-0,5; 0,5-0,5. Növbəti blits partiyaları həlledici olub. Birinci blits bərabərliklə yekunlaşsa da, növbəti oyun Nicat Abasovun qələbəsi ilə sona çatıb.

Sabah Dünya Kubokunda istirahət günüdür. Avqustun 9-da Nicat Abasov FIDE adından çıxış edən Pyotr Svidlerlə qarşılaşacaq.

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar