"Məndə qorxu hissi yoxdu" - Marko Yankoviç

Marko Yankoviç yeni mövsüm "Qarabağ"ın aparıcı simasına çevrilməkdədi. Çernoqoriyalı yarımmüdafiəçi ilə Sloveniya səfəri öncəsi söhbətləşmək həm də ona görə maraqlı idi ki, o bir müddət bu ölkədə çıxış edib, "Maribor"un şərəfini qoruyub.

Sports.az 28 yaşlı futbolçudan "Araz Naxçıvan"la çətin mücadilə, komandasının liderlik yükünü daşımağa hazır olub-olmaması və "Qarabağ"ın avrokubok hədəfləri haqda fikirlərini öyrənib.


- Debütant "Araz Naxçıvan"la oyun gözlənilmədən ağır keçdi. Son dəqiqə qolu ilə qələbə qazana bildiniz. Rəqib sizi təəccübləndirmədi?

- Mövsüm başlamazdan prosesləri, komandaların güclənməsini izləyirdim və anlayırdım ki, bu çempionat əvvəlkilərlə müqayisədə daha çətin olacaq. Artıq indidən zənnimdə yanılmadığımı görürəm. Səfərlər, 3 gündən bir oyunlar çoxlu enerjimizi aparır. Avrokubok matçlarına tam köklənirik, bundan sonra milli çempionata qayıtmaq heç də asan olmur. Çalışırıq hər oyuna tam konsentrasiya ilə çıxaq. Amma istər-istəməz avrokubok qarşılaşmaları bizdən çox enerji alır. Üstəlik, rəqiblər həftəboyu hazırlaşır, xüsusən "Qarabağ"la oyunlara bütün komandalar fərqli motivasiya ilə çıxır. Bu, bir tərəfdən xoşdu...
Eyni vəziyyəti "Araz Naxçıvan"la gördük. Debütant olmasına baxmayaraq, çox istəkli idi. Düzü, bizdə də uzaq səfərdən və ağır avrokubok matçından sonra yorğunluq hiss edilirdi. Oyunboyu çətinliyimiz olsa da, son anda 3 xal qazana bildik. Bu da bizi çox sevindirir.

- Yeni mövsümdə sanki, komandanın liderinə çevrilirsən. Kadinin gedişindən sonra onun davamçısı olmağa hazırsanmı?

- Futbol oynamağa başlayandan istər oyun, istərsə də liderlik keyfiyyətlərimlə komandamın gücünə güc qatmağa çalışmışam. Yaşım o qədər də çox olmasa da, özümü kifayət qədər təcrübəli futbolçu hesab edirəm. İndiyə qədər bir çox klublarda və fərqli liqalarda gücümü sınamışam. Düşdüyüm situasiyalardan və ya oyunların ağırlığından asılı olmayaraq məndə qorxu hissi yoxdu. Heç nədən çəkinmirəm, məsuliyyətin altına girmək, əsas yükü daşımaq kimi xüsusiyyətim var. İllər keçdikcə bu təbii olaraq meydanda da özünü göstərir. Təcrübə öz sözünü deyir. Bəzi matçlarda performansım bir qədər az və ya çox ola bilər, amma prinsiplərim həmişə eynidi və buna sadiq qalmağa çalışıram.

- Bir müddət Sloveniya futbolunun liderlərindən "Maribor"un şərəfini qorumusan. Bu ölkənin futbolunun sənə yad olmadığını deyə bilərik. "Olimpiya" ilə matçlarda komandanın şanslarını necə dəyərləndirirsən?

- Əlbəttə, Sloveniya futbolu mənə tanışdı. Həm "Maribor", həm də "Olimpiya" yaxşı komandalardı. Xüsusən, "Maribor" köklü klubdu, Çempionlar Liqasında və digər avrokubok turnirlərində iştirakını çox görmüşük. Son illər müxtəlif səbəblərdən qrup mərhələsinə çıxa bilməsələr də, istənilən halda güclüdürlər. Ümumiyyətlə, Sloveniya liqasında yaxşı komandalar və futbolçular az deyil. "Olimpiya" isə top klublar sırasındadı. Bizi çətin oyunlar gözləyir. Bununla belə, məqsədimiz bəllidi. Yeganə hədəfimiz bu səddi keçib Avropa Liqasının qrup mərhələsinə yüksəlməkdi.

Son xəbərlər
999 gündən sonra
“Yuventus” keçmiş oyunçusunu geri qaytarmaq istəyir
“Sabah”dan 20-ci böyükhesablı qələbə
“Birinci görüşdə səhvlərimiz həlledici oldu”
AFFA daha iki komandaya texniki məğlubiyyət verdi
“Çelsi” “Real”ın hücumçusuna maraq göstərir
“Sabah” futbolçusu ilə yollarını ayırdı
“Qarabağ”ın “Liverpul”la oyununu slovakiyalı hakim idarə edəcək
"Turan Tovuz"un futbolçusundan yubiley qolu
“Real”ın müdafiəçisi Bundesliqa klublarının maraq dairəsində
“Qarabağ”ın ev oyunundakı uğursuz seriyası 14 ildən sonra təkrarlandı
Azərbaycan cüdoçuları üçün yeni qaydalarla bağlı seminar
Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlandı
“Arsenal” “Atletiko”nun hücumçusunu satın ala bilər
Hüseynovdan Polşada bürünc medal
Günün oyunları – TV
“Flamenqo” məzununu geri qaytarmaqda israrlıdır
Bernardo Silva “Barselona”ya ismarış ünvanladı
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
La Liqada meydan sahiblərinin günü
“Nitsa” və “Strasburq”dan darmadağın
“Yuventus” “Napoli”yə darmadağınla qalib gəldi
“Fənərbağça” evdə xal itirdi
“Ştutqart” və “Frayburq”dan qələbə
“Mançester Yunayted” “Arsenal”a da qalib gəldi
Nani “Aktobe”də
Süleymanovadan İtaliyada gümüş medal
“Neftçi” məğlubiyyətə üzüldü
DAHA ÇOX

Ən çox oxunanlar