"Şahruddin sabah Adanaya gedir" - Rəsmi açıqlama


"Qarabağ" Futbol Klubunun direktoru Emrah Çelikel Şahruddin Məhəmmədəliyevin "Adanademirspor"a transferi ilə bağlı Sports.az saytına açıqlama verib. Çelikel klubun Şahruddini itirdiyi üçün məyus olduğunu bildirib:

- Bildiyiniz kimi, 1 azərbaycanlı futbolçu Türkiyə Superliqasında çıxış edən klublarda legioner sayılmır. "Adanademirspor" da bu şansdan istifadə etmək istədi. Bizə təklif gəldi. Şahruddin müsbət yanaşdı və özü Adanaya getmək istədi. Biz də onun hər qərarına hörmət edirik. Bir azərbaycanlı futbolçunun Türkiyə çempionatında oynayacağına sevinirik. Şahruddinin bizimlə müqaviləsi vardı, "Adanademirspor"la bu məsələlərdə də anlaşdıq, amma ətraflı danışmaq istəmirəm.

Şahruddin sabah Adanaya gedir. Ona uğurlar arzulayıram, Şahruddin bizim üçün hər zaman dəyərlidi.
Luka Quqeşaşvilinin də təklifləri vardı, amma o "Qarabağ"da qalmağa qərar verdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar