Uğurlar, Şah!

Uğurlar, Şah!

Şahruddin Məhəmmədəliyevin bu gün "Adanademirspor"la müqaviləsinin rəsmən açıqlanacağı gözlənilir.
O, azarkeşlərin yaddaşında əsasən avrokuboklarda buraxdığı bəzi həlledici səhvlərlə qalacaq. Bəzi jurnalistlər isə soyuq başla bəlkə də Şahruddini tənqid edəndə dozanı bir qədər aşdıqlarını düşünəcəklər.
Ümumiyyətlə, qapıçı futbolda ən pis mövqedi. Onlar bəzən həyatları bahasına komandasını qoldan xilas edir. Belə faktlar çoxdu, sadalayıb qanınızı qaraltmaq istəmirəm. Amma azarkeşlərin yaddaşında daha çox buraxdıqları səhvlər qalır.
Şahruddinin də çox fədakarlıqlarını, həlledici qurtarışlarını, gözəl seyvlərini görmüşük. Döyüşkən xarakterinə görə sevilib, hər zaman  komandada liderlərdən olub.
İnsan kimi onun haqda mənfi rəy eşitməmişəm. Yaddaşlarda müsbət, hörmətəlayiq oğlan kimi qalacağını düşünürəm. Hərəkətləri, insanlığı ona qarşılıqlı hörmət, rəğbət yaradıb.
Türkiyə Super Liqası Azərbaycan Premyer Liqası ilə müqayisəolunmaz dərəcədə yüksək səviyyəli turnirdi. Şahruddin ölkəmizə gələndən bəlkə də ən çətin dövründə verdiyi qərarla irəli addım atdı.
Onun qardaş ölkədə özünün ən yaxşı keyfiyyətlərini göstərəcəyinə inanıram.
Şahruddin indi qapıçı üçün elə yaşdadı ki, Türkiyədə özünü doğruldub qitənin top çempionatlarından birinə gedə bilər.
Ona bu çətin yolda səmimi qəlbdən uğurlar arzulayıram!

Son xəbərlər
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
Avropa Liqasının 1/8 final mərhələsi başlayır
DAHA ÇOX

Ən çox oxunanlar