“Sumqayıt” “Turan Tovuz”a, “Zirə” “Neftçi”yə qarşı

Bu gün Misli Premyer Liqasında 7-ci tura start veriləcək.

Sports.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Sumqayıt” doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək.

Günün digər oyunu “Zirə” ilə “Neftçi” arasında baş tutacaq.

“Sabah” – “Kəpəz”, “Səbail” – “Araz-Naxçıvan” oyunları sabah, “Qəbələ” – “Qarabağ” görüşü isə sentyabrın 25-də keçiriləcək.

Misli Premyer Liqası
7-ci tur

23 sentyabr

“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
“Kapital Bank Arena”, 18:00.

“Zirə” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev
Zirə OİK stadionu, 20:30.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar