“Sabah”ın legionerinə 4 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sports.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

“Səbail” – “Sabah” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilib.

“Səbail” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilib.

“Səbail” – “Sabah” oyununun 90+4-cü dəqiqəsində “Sabah” klubunun 7 nömrəli futbolçusu Boyan Letiç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sabah” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Kəpəz” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilib.

“Kəpəz” – “Qəbələ” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın texniki zonası istiqamətində kənar əşya atıldığına görə “Kəpəz” klubu 800 manat cərimə edilib.

“Kəpəz” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Zirə” oyununun 90+4-cü dəqiqəsində “Araz-Naxçıvan” klubunun 4 nömrəli futbolçusu İqor Ribeyro ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar