“İrəvan”ın futbolçusu təcavüzkar davranışa görə 2 oyunluq cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sports.az xəbər verir ki, iclasda I Liqanın 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

“Zaqatala” – MOİK oyununun 57-ci dəqiqəsində MOİK klubunun 8 nömrəli futbolçusu Xəyal Bədirov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, MOİK klubu 50 manat cərimə edilib.

“İmişli” – “Şamaxı” oyununda diktor tərəfindən Əsasnamənin tələbləri pozulduğuna görə “İmişli” klubu 50 manat cərimə edilib.

“İmişli” – “Şamaxı” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “İmişli” klubu 100 manat cərimə edilib.

“İmişli” – “Şamaxı” görüşündə I Zonada “A buraxılış”sız şəxslər olduğuna görə “İmişli” klubu 50 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “İrəvan” oyununda “İrəvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “İrəvan” klubu 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “İrəvan” oyununun 87-ci dəqiqəsində “İrəvan” klubunun 9 nömrəli futbolçusu Ruslan Hacıyevin təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “İrəvan” klubu 200 manat cərimə edilib.

“Araz Saatlı” – “Mingəçevir” oyununun 70-ci dəqiqəsində “Araz Saatlı” klubunun 66 nömrəli futbolçusu Elşən Mirzəyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz Saatlı” klubu 80 manat cərimə edilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar