Əvəzedicilərin də cəzası açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sports.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

“Kəpəz-2” – “Qəbələ-2” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə (meydança sulanmadığına görə) “Kəpəz-2” komandası 100 manat cərimə edilib.

“Qarabağ-2” – “Sumqayıt-2” oyununda “Qarabağ-2” komandası görüşün ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Neftçi-2” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Turan Tovuz-2” komandası 50 manat cərimə edilib.

“Səbail-2” – “Sabah-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.

“Səbail-2” – “Sabah-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Səbail-2” komandası 100 manat cərimə edilib.

“Səbail-2” – “Sabah-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail-2” komandası 80 manat cərimə edilib.

“Araz-Naxçıvan-2” – “Zirə-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilib.

“Araz-Naxçıvan-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Zirə-2” komandası 70 manat cərimə edilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar