O gözəl Estoniya...

O gözəl Estoniya...

Milli komandamızla Estoniya ilə səfər qarşılaşmasına ETOPAZ-ın dəstəyi ilə bir qrup idman jurnalisti də yollanmışdı. Yeri gəlmişkən, şirkətin rəhbəri, keçmiş həmkarımız Altay Əliyev də nümayəndə heyətində idi.
Ümumən gözəl səfər alındı. Millimiz tarixində ilk dəfə Avropa Çempionatlarının seçmə mərhələsində səfər qələbəsi qazandı, AFFA-nın baş katibi Sərxan Hacıyevi yaxından tanımaq imkanımız oldu, tipik Avropa şəhəri Tallini gördük, hətta, gəmi ilə Helsinkiyə getməyə imkan tapdıq. Hələ Estoniyanın fəxri vətəndaşlığını almış ilk türk, Estoniya prezidentinin şəxsi tərcüməçisi ilə tanışlığı demirəm...
...Tallinə yola düşən təyyarədə Rauf Əliyev, Elmar Məmmədyarov, İsgəndər Cavadov, Vaqif Sadıqov, Zaur Qəhrəmanov, Fərrux Mahmudov, İlqar Nadiri və başqa tanınmış simalar da vardı.  
Emin Mahmudov, Səlahət Ağayev və digər təcrübəli futbolçulardan fərqli millidə yeni-yeni görünən bəzi gənclərin özünü ictimaiyyət arasında apara bilməməsi üzücü fakt idi. Bu futbolçuların "Qarabağ"ı təmsil etməsi isə həm də təəccüb yaradırdı. Çünki, Qurban Qurbanovun olduğu yerdə də bu cür davranışlarına nəzarət edə bilməyəcəkləri inandırıcı görünmür...
Tariximizə ən güclü klublarda çıxış etmiş futbolçumuz kimi düşəcək Mahir Emreli, Musa Qurbanlı, millinin məşqçiləri Elxan Abdullayev və Kamran Ağayevin isə jurnalistlərimizə səmimi münasibəti nəzərdən qaçmadı. 
Səmimiyyətdən danışmışkən, AFFA baş katibinin də həmkarlarımıza diqqətini vurğulamalıyam. Tallində jurnalistlərlə görüşən Hacıyev suallarımızı kifayət qədər ətraflı cavablandırdı. Elxan Məmmədov heç vaxt belə səmimi deyildi...
Sərxan bəy futbolumuzun problemlərini və onların həll yolunu bilən bacarıqlı kadrdı. 
Millimiz zəif Estoniyanı uddu, oyunu hamı izləyib, ətraflı yazmağa lüzum görmürəm. 
Yalnız onu deyim ki, De Byazi qələbəni gözündə çox böyütmüşdü. Bu səbəbdən oyunsonrası mətbuat konfransında həmkarlarımın normal suallarını aqressiv qarşıladı və azerisport.com saytının baş redaktoru, təcrübəli jurnalist Vüqar Zeynalovdan layiq olduğu cavabı aldı. 
Aydın məsələdi ki, De Byazinin qatarı gedib, nəvələrlə oynamaq vaxtıdı.
Xalqın Azərbaycan millisinin baş məşqçisinə olan gözləntiləri ilə qoca italyanın fikirləri heç üst-üstə düşmür. Məsələn, mətbuat konfransında suallara qeyri-adekvat reaksiyalar verir. Avstriya və İsveçlə səfər qarşılaşmalarımızda olan yeganə azərbaycanlı jurnalist kimi bunu ilin əvvəlindən görmüşdüm. 
De Byazi yenə də futbolçularımızı ruhdan salacaq fikir bildirdi, Avstriya ilə ev oyunundan öncə "Rəqib bizdən güclüdü" dedi. İsveçlə oyunöncəsi də belə olmuşdu, nəticə bəllidi... 
"Rəqib bizdən güclüdü" deyib öz aləmində öncədən cəmiyyəti psixoloji cəhətdən məğlubiyyətə hazırlamaq taktikası qurmaq əvəzinə, yaşıl meydanda qələbə taktikasını qurmağı bacarsaydı...
Estoniya ilə oyun bitəndən sonra media sektorunun çıxışında bir həmyerlimiz yaxınlaşıb "Burda gədəbəyli jurnalist Anar Şabanoğlu olmalıdı" dedi. Həm özümü, həm də o an yanımda olan həmkarlarım Əlisahib Əliyev ilə İlkin Fikrətoğlunu təccübləndirən ağsaqqal Tartu şəhərindən gəldiyini və bizə qonaqlıq vermək istədiyini sözlərinə əlavə etdi. Sonradan bildim ki, bu fəxri Estoniya vətəndaşlığı alan ilk türk, Estoniya prezidentinin şəxsi tərcüməçisi, şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, katibi, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzi müdiri, Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alim Xəqani Qayıblı imiş. 
Mənə bu xoş sürprizin ideya müəllifi və təşkilatçısı isə dəyərli şairimiz Ehtiram İlham olub.

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar