Dünya futbolu
“Torino”nun prezidenti hakimlikdən narazıdır
20.11.2023 | 22:17
“Torino”nun prezidenti olan Urbano Kayro komandasının oyunlarında hakimlikdən narazı olduğunu bildirib.
Sports.az Kayronun bu barədə fikirlərini təqdim edir:
“Biz ən inanılmaz şəkildə cəzalandırıldıq. Statistikaya baxdım ki, son 3 mövsümdə “Torino”ya qarşı 220 hakim səhvi, bizim xeyrimizə isə cəmi 30 qərar olub. Bura təyin edilməmiş penaltilər, ləğv edilmiş qollarımız və bizə qarşı səhv hesablanmış qollar daxildir.
Mövsüm ərzində hakimlər bizdən 7-8 xal alırlar. Eyni zamanda, ötən mövsüm avrokuboklara vəsiqə qazanmağın 3 xallığında dayandıq”, deyə klub rəhbəri vurğulayıb.