Musa Qurbanlı hokkey oyununda meydana çıxdı

İsveçin “Yurqorden” fubol komandasının üzvləri özlərini hokkey oyununda sınayıblar.

Sports.az xəbər verir ki, Stokholm təmsilçisinin futbolçu və məşqçi heyəti hokkey oyununda qarşılaşıb. 

Onların sırasında Azərbaycan milli komandasının düşərgəsindən qayıdan Musa Qurbanlı da olub.

Xatırladaq ki, bugünlərdə İsveçdə 2023-cü il üzrə daxili çempionata yekun vurulub. “Yurqorden” 4-cü yeri tutub.

Qeyd edək ki, İsveçdə “Yurqorden”in hokkey komandası da fəaliyyət göstərir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar