Moldeyə yuxarıdan baxanda...

Moldeyə yuxarıdan baxanda...

"Qarabağ" futbol tariximizdə daha bir ilkə imza ata bilər. Ağdam klubu Avropa Liqasının pley-off mərhələsinə yüksəlməyə yaxındı.

Məncə, bunun üçün axşam "Molde" ilə heç-heçə kifayət edəcək.

"Qarabağ"a inamımız sonsuzdu. Uzun məsafə qət etməyimizə, ağır hava şəraitinə və süni örtüklü meydana baxmayaraq qələbə qazanacağımıza böyük ümidim var.

"Molde" heç də asan rəqib deyil. Norveçlilərin heyətində dünya futbolunun, heç Norveçin ulduzları toplanmasa da, komanda kimi çox yaxşı təsir bağışlayırlar. Bunu "Qalatasaray"la oyunlarda daha yaxından izləmək şansımız olub.

Hər şeyə rəğmən, Qurban Qurbanovun yetirmələrinin uğur qazanacağını düşünürəm. Bu fikri də elə Qurban hoca və onun "Qarabağ"ı yaradıb.

25 illik jurnalist karyeramda ilk dəfədi ki, bir klubumuzla səfərə çıxıram. Bunacan müxtəlif təkliflər olsa da, heç vaxt qəbul etməmişəm. Amma "Qarabağ" artıq bir dəyərə çevrilib. Bunu Bakıdan Moldeyə uçan çarter reysində ilk dəqiqərdən hiss edirəm. Emrah Çelikel, Asif Əsgərov jurnalistlərə xüsusi diqqət göstərir. Qurban Qurbanov və köməkçiləri isə həm komandaya diqqət ayırır, həm də həmkarlarımı unutmur. Onların sayəsində artıq təyyarədə "Qarabağ"da necə sağlam mühit, ailə ab-havası olduğunu görürük.

Yeri gəlmişkən, idman jurnalistlərinin Molde səfərinin təşkilində həmişəki kimi Etopaz yaxından iştirak edib. Şirkətə və rəhbərliyinə mediaya daimi diqqətinə görə təşəkkür borcum var.

...Molde hava limanına yaxınlaşırıq. Təyyarədən kiçik şəhərin möhtəşəm mənzərəsinə yuxarıdan - quş uçuşu yüksəliyindən baxırıq. "Qarabağ"ın "Molde" ilə oyunda şanslarını da bəlkə bir az obyektiv qiymətləndirmirik. Amma bizi buna öyrəşdirən də elə Qurban Qurbanov və komandasıdı. Ağdamın işğalı günü Bakıda Rəşad Sadıqovun mükəmməl qolu ilə keçdiyimiz "Rusenborq" da Norveçi təmsil edirdi...

"Qarabağ"ın beynəlxalq arenadakı zəfər yürüşü bu qələbə ilə başladı. Bir başqa Norveç təmsilçisi ilə matçda qazanacağımız uğurlu nəticə bu yürüşdə daha bir ilklə - Avropa Liqasının pley-offunda iştirakımızla bitə bilər.

Norveçliləri soyuq millət kimi təsəvvür etdiyimdən Moldedə olduğumuz restoranın sahibi bizim masaya hədiyyə göndərəndə çox təəccübləndim. Bakını və Azərbaycanı sevdiyini, bir neçə il öncə paytaxtımızda olduğunu bildirdi. Və sonda restoranda Avropa Liqasının himnini sifariş edib "Qoy bu himn komandanıza düşərli olsun" dedi...

Xalqımıza xas bu mehribançılığı və diqqəti gördüm, rəhmətlik Tur Heyerdal yadıma düşdü. Azərbaycanın böyük dostu, dünyaşöhrətli səyyah Skandinaviya tayfaları ilə azərbaycanlıların bağlılığını araşdırırdı. O əmin idi ki, norveçlilərlə azərbaycanlılar eyni kökə sahibdirlər. Bəlkə də, mərhum səyyahın fikirlərində həqiqət var.

Qoy bu axşam meydanda dostluq, qardaşlıq, bir də ..."Qarabağ" qalib gəlsin!

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar