Şahmat
15 şahmatçı Özbəkistana yollanacaq
04.12.2023 | 12:22
Dekabrın 25-də Özbəkistanın Səmərqənd şəhərində rapid və blits üzrə dünya çempionatlarına start veriləcək.
Sports.az xəbər verir ki, Azərbaycanı ilin son yarışında 15 şahmatçı təmsil edəcək.
Bunlar Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Kənan Qarayev, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Türkan Məmmədyarova və Xəyalə Abbduladır.
İlin son şahmat yarışına dekabrın 31-də yekun vurulacaq.