Bizim "Şah"

Bizim


Şahruddin Məhəmmədəliyev zəif məktəbi olan qapıçı idi. U 21-in heyətində buraxdığı biabırçı qollar yadımdadı. Səhv etmirəmsə, Avstriya ilə oyun idi, az qala mərkəzdən bizi məyus etdilər. Bəlkə də, Şahruddinin boyu balacaydı deyə belə qollar buraxırdı.
Amma Qurban Qurbanovun davamlı güvəni sayəsində Şahruddin ölkənin 1 nömrəli qapıçısına çevrildi.
Məktəb problemi "Qarabağ"da da zaman-zaman özünü biruzə verirdi və sonda "Şah" Türkiyəyə yollandı. Həftəsonu o yeni komandasında bir oyun keçirib, 3 qol buraxıb. Hamı yenə başlayıb Şahruddini tənqid etməyə.
"Adanademirspor"un oyununa baxanlar millimizin qapıçısının heç bir qolda səhvi olmadığını deyir. Komanda, xüsusən müdafiə çox bərbad oynayıb və Şahruddin də biri penaltidən olmaqla 3 qol buraxıb. Amma Məhəmmədəliyevin qurtarışları, seyvləri "unudulub".
Şahruddin bu gün milli komandamızın bəlkə də, ən xarakterli üzvüdü.  Belə keyfiiyyətə malik futbolçularımız çox azdı. Şahruddin Azərbaycanda doğulmasa da, ölkəmizlə onu bağlayan heç bir bağ olmasa da, millimizin formasına gərəkən dəyəri verən bir idmançıdı. Biz də belələrinin dəyərini bilməli, haqq etdikləri qiyməti verməliyik.
Şahruddinə güvənilsə, əminəm, o Türkiyə Super Liqasının ən yaxşı qapıçılarından olacaq. Biz də media, futbol ictimaiyyəti olaraq bu yolda ona bacardıqca dəstək verək, badalaq vurmayaq! 

Son xəbərlər
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
“Qəbələ” “Neftçi”yə qarşı - YENİLƏNİR
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
“Trabzonspor”dan inamlı qələbə
DAHA ÇOX

Ən çox oxunanlar