Şahmatçılar Vüqar Həşimovun məzarını ziyarət ediblər

Şahmatçılar Vüqar Həşimovun məzarını ziyarət ediblər

“Vüqar Həşimov Memorial-2023” superturnirinin iştirakçıları II Fəxri Xiyabanda görkəmli şahmatçı Vüqar Həşimovun məzarını ziyarət ediblər.

Sports.az xəbər verir ki, ziyarətdə Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, yarış iştirakçıları, federasiya üzvləri, şahmatçılar və Təşkilat Komitəsinin nümayəndələri iştirak ediblər.

M.Məmmədov Vüqar Həşimovun dünya şahmatında qazandığı nailiyyətlərin hər zaman qürurla xatırlandığını bildirib: “Hər bir azərbaycanlı Vüqar Həşimovla fəxr etməlidir. Onun oyunları bu gün gənc şahmatçılar üçün bir dərslikdir. Nə qədər ki, şahmat var, Vüqar da həmişə xatirələrdə qalacaq”.

Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov komanda yoldaşı olmuş Vüqar Həşimovun adını yaşadan Şahmat Akademiyasında təhsil alanların gələcəkdə bu turnirin iştirakçısına çevriləcəklərini vurğulayıb.

İsrail şahmatçı Boris Qelfand Vüqar Həşimovun dünya şahmatında özünəməxsus yeri olması ilə yanaşı, Azərbaycandan gələn təklifi məmnunluqla qəbul etdiyini deyib.

Qeyd edək ki, 9-cu dəfə təşkil olunacaq Vüqar Həşimov Memorialı Qəbələdə baş tutacaq. Yarışın açılış mərasimi dekabrın 8-də, saat 13:00-da Heydər Əliyev Konqres Mərkəzində olacaq.

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar