“DÇ-də yaxşı nəticəyə inanırıq” - Elnur Məmmədli

“Gənclərin Avropa birinciliyində və böyüklərin dünya çempionatında yaxşı nəticəyə inanırıq".

Sports.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında cüdo üzrə Olimpiya və ikiqat Avropa çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli bildirib.

34 yaşlı funksioner bu gün Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün keçirilən ustad dərslərinin faydasından danışıb: "Azərbaycan Cüdo Federasiyasının belə ustad dərsləri təşkil etməkdə məqsədi yeniyetmə və gənclərdə cüdo idmanına maraq formalaşdırmaqdır. Sağlam bədəndə sağlam ruh olur. Onlar gələcəyin əsgərləridir. Cüdo dünyada çox populyar idman növüdür. Azərbaycanda cüdo üzrə dünyada sayılıb seçilən ölkələrdən biridir. Məqsədimiz belə yeniyetmə və gənclərin arasından Olimpiya, dünya və Avropa çempionlarının çıxmasına nail olmaqdır".

O, 15-18 sentyabrda Çexiyanın paytaxtı Praqada keçiriləcək gənclərin Avropa çempionatından və 6-13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə baş tutacaq böyüklərin dünya çempionatından yaxşı nəticə olacağına inandığını bildirib: "Gözləntilərimiz çoxdur. Bildiyiniz kimi, milliyə baş məşqçi və performans direktoru təyin edilib. Bu səbəbdən də yaxşı nəticə gözləyirik. Gənclərdə də yaxşı nəticələr olacağına inanırıq. Əsas odur ki, plan üzrə işlər gedir".

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar