Azərbaycanın 5 şahmatçısı yeni reytinq siyahısında irəlilədi

Azərbaycanın 5 şahmatçısı yeni reytinq siyahısında irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2024-cü ilin ilk reytinq siyahısını açıqlayıb.

Sports.az xəbər verir ki, Azərbaycanın 5 şahmatçısı yanvarın cədvəlində irəliləyib.

Şəhriyar Məmmədyarov hesabındakı 2726 əmsalla iki pillə irəliləyərək, 24-cü yerə yüksəlib. Teymur Rəcəbov (2723) mövqeyində (27) qalıb.

İlk “100-lük”dəki digər şahmatçımız Rauf Məmmədovda da irəliləmə müşahidə olunub. O, 2651 əmsalla 87-ci pilləyə yüksəlib. Nicat Abasov isə siyahını tərk edib.

Reytinqə son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2830) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2804) qərarlaşıb. Bu ölkənin digər qrossmeysteri Hikaru Nakamura (2788) ilk “üçlüy”ü qapayıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2449) 26-cı, Ülviyyə Fətəliyeva (2384) 64-cü pilləyə yüksəliblər. Gövhər Beydullayeva (2374) 77-ci yerdə qalıb. Gülnar Məmmədova (2351) 97-ci pilləyə irəliləyib. Xanım Balacayeva (2350) isə bir addım geriləyib - 99-cu yer.

Xanım şahmatçıların reytinqində birinci yer Hou İfana (Çin, 2632) məxsusdur. Hindistandan olan Humpi Koneru (2554) ikinci pilləyə yüksəlib. FIDE bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina (2553) üçüncüdür.

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar