"Qarabağ"ın uğurlu transfer siyasəti



"Qarabağ" transferlərdən qazanan nadir klubumuzdu. Bu mənada ağdamlılar ölkədə hamıdan üstündü.
Komanda üçün daha çox futbolçu seçən Musa Qurbanov - Bəxtiyar Musayev - Tural Əsgərov triosu kənardan, Qurban Qurbanov, Elçin Rəhmanov, Zaur Tağızadə və digərləri isə daxildən zərgər dəqiqliyi ilə, ən əsası VİCDANla iş görməyə çalışırlar. Bu mənada büdcəni mənasız transferlərə dağıdan bəzi klublarımıza əsl örnəkdirlər. Əlbəttə, iş varsa, mütləq Qaspar Panadero kimi səhvlər də olmalıdı. Amma ümumi götürəndə "Qarabağ"ın transfer siyasəti çox uğurludu. Xüsusi şöbəsiz, skautlarsız, yarıhəvəskar səviyyədə iş görülsə də...

Hazırda gündəmdə Leandro Andradenin gedişi var. Mənə görə, bu "Qarabağ" üçün itki olmayacaq. Çünki, hazırda komandada sağ vinger mövqeyində oynaya bilən 11 futbolçu var!
Leandro getsə, gənc Nəriman Axundzadə və Toral Bayramov daha çox oyun vaxtı qazana bilər. Adama Diakabiyə Qurban Qurbanov yenə şans verəcək, ya yox bilmirəm... Amma bu futbolçunun da yüksək potensialı var. Diakabi mövzusu qapanıbsa, Redon Cica, Yassin Benziya, Hamidu Keyta, Abdulla Zubir, Juninyo, hətta Patrik Andrade və Marko Veşoviç də sağ vinger kimi oynaya bilər. Adı çəkdiyim futbolçuların bir neçəsi sağ vingerdi, bəziləri üçünsə bu mövqe yad deyil, ehtiyac olanda oynayıblar.

Hə, bəlkə gözlənilən gedişdən sonra Qurban Qurbanovun mərkəzdə rotasiya imkanları bir az azalacaq. Amma Leandronun yoxluğunun ümumən "Qarabağ"ın oyununa ciddi təsir edəcəyini düşünmürəm.
Transferə görə klub 2.5 milyon avro civarında pul qazanacaq ki, buna Andradedən daha yaxşı futbolçu(lar) ala bilər. Bir sözlə, "Qarabağ" Leandronu  satsa, çox uğurlu iş olacaq.
Yaxşı tanıdığımız rusiyalı mütəxəssis Leonid Slutskinin çalışdırdığı "Şanxay Şenxua"ya keçid Leandronun özü üçün də istər maddi, istərsə də karyera baxımından perspektivli görünür. Leandro yeni klubunun ən bahalı futbolçusu və böyük ehtimalla lideri olacaq. "Şanxay Şenxua" gələcəkdə daha yaxşı kontrakt və daha güclü kluba transfer üçün tramplin kimi görünür.
"Qarabağ"ın isə "Braqa" ilə oyunlarda növbəti tarixi yazması üçün Leandronu satsa da, satmasa da güclənməyə ehtiyacı var. Əgər transfer alınsa, Çin klubunun ödəyəcəyi məbləğlə yəqin ki, Qurban Qurbanovun qış transfer pəncərəsi dönəmində istədiyi bütün futbolçuları almaq olar...

Son xəbərlər
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
DAHA ÇOX

Ən çox oxunanlar