DÇ: Yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşdi
Sabah Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatına start veriləcək.
Sports.az xəbər verir ki, bu gün yarışın keçiriləcəyi "Stark Arena"da yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticəsi belədir:
55 kq
1/8 final
Eldəniz Əzizli – Covanni Freni (İtaliya)
60 kq
1/8 final
Murad Məmmədov – Viktor Petrik (Ukrayna)/Rabbi Kilandi (Konqo)
63 kq
1/8 final
Taleh Məmmədov – Aleksandr Yurkyans (Latviya)/Cordan Kabonqo (Konqo)
67 kq
1/16 final
Həsrət Cəfərov – Dieqo Martines (Meksika)
72 kq
1/8 final
Ülvü Qənizadə - Taişi Hori (Yaponiya)/İbrahim Məhəmmədov (Qazaxıstan)
77 kq
1/16 final
Sənan Süleymanov – İdris İbayev (Almaniya)
82 kq
1/8 final
Rafiq Hüseynov – Sultan Damen (İordaniya)/Yuya Okajima (Yaponiya)
97 kq
1/16 final
Arif Niftullayev – Daniel Qastl (Avstriya)
130 kq
1/16 final
Sabah Şəriəti – Satiş Satiş (Hindistan)
Xatırladaq ki, sabah Eldəniz, Ülvü və Sənan, sentyabrın 11-də Taleh, Həsrət, Rafiq və Arif, ayın 12-də isə Muradla Sabah mübarizəyə start verəcək. Görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da başlayacaq. Dünya çempionatının yarımfinal və medal qarşılaşmaları İTV-də canlı yayımlanacaq.