Şahmat
Daha bir şahmat hakimimiz A kateqoriyalı status aldı
05.02.2024 | 16:16
Azərbaycan Şahmat Federasiyasının daha bir hakimi A kateqoriyalı hakim statusu alıb.
Sports.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasında mövcud normativlərə cavab verən İlahə Qədimova A kateqoriyalı hakimlik lisenziyası əldə edib.
Qeyd edək ki, bununla ölkəmizdə A kateqoriyalı hakimlərin sayı ikiyə çatıb.
Uzun illər Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənov A kateqoriyasına layiq görülən yeganə hakimimiz olub.