“Real”da ciddi itki

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem zədələnib.

Sports.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingilis futbolçu La Liqanın 24-cü turunda “Jirona”ya qarşı matçda (4:0) sol topuğundan zədə alıb

20 yaşlı futbolçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Bellingemin martın 6-da  keçiriləcək “Leyptsiq”lə Çempionlar Liqasının 1/8 final mərhələsinin oyununa kimi sağalacağı gözlənilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar