Başqa yolu yox artıq!

Başqa yolu yox artıq!

Emosiyalar sakitləşsə də, "Qarabağ"ın Braqada nə qədər fantastik, miqyaslı bir iş gördüyünü sanki tam dərk etmirsən.

İstəyirsən bu qarşılaşma, möhtəşəm ölkəyə səfər haqda hər gün yazasan!

Oyundan öncə keçirilən mətbuat konfransında Julio Romao portuqalların heyətində Simon Banzanın ən təhlükəli futbolçu olduğunu demişdi.

Konqo Demokratik Respublikasının heyətində Afrika Millətlər Liqasında 3-cü yer uğrunda matça çıxmış forvard bu turnirdə iştirakına görə uzun fasilədən sonra klubunun heyətinə yeni qayıtmışdı. Romaonun proqnozu qismən doğruldu. Banza Lunyovun qapısına qol vurdu.
Banzanın və Abel Ruisin qiyməti təxminən "Qarabağ"ın illik büdcəsi qədərdi. "Braqa"nın kapitanı Rikardo Ortanın dəyəri isə "Qarabağ"ın illik büdcəsindən xeyli çoxdu.

Qurban Qurbanova sual verirəm ki, bu məqam, "Braqa"nın büdcəsinin "Qarabağ"dan təxminən 10 dəfə artıq olması futbolçularımıza psixoloji cəhətdən mənfi təsir etmir ki? Cavabında dəfələrlə belə rəqiblərlə qarşılaşıb qalib gəldiklərini və belə məqamları qabardıb futbolçuların beyninə salmaq istəmədiyini deyir.

Hoca çox soyuqqanlıdı, özgüvən, inam saçır. Bu, sözsüz ki futbolçularına da sirayət edir. Və ertəsi...

"Qarabağ" heç kimin gözləmədiyi halda az qalır "Braqa"nı öz meydanında darmadağın etsin. Avropa çempionu, Avropa Liqasının qalibi, Portuqaliya yığmasının heyətində Kriştiano Ronaldodan sonra ən çox oyun keçirmiş futbolçu Joau Moutinyonun son saniyələrdə vurduğu penalti qolu buna mane olur.

Böyükhesablı qələbə son anda alınmasa da, çox möhtəşəm nəticədi - darmadağına bərabərdi. Türkiyəli televiziya şərhçisinin dediyi kimi Qurban Qurbanovun öyrənciləri Braqada tarix yazdı.

Artur Jorje üzərində parlaq qələbə qazanmaqla qitəni silkələyən Qurban hocaya "Qarabağ"ın son vaxtlar çox qol buraxması haqda sual verirəm. Görəsən bu səbəbdən müdafiəyə və ümumiyyətlə başqa mövqelərə yeni transferlər olacaqmı? Qurbanov "qış pəncərəsi" bağlandığına görə başqa futbolçu almayacaqlarını bildirir.

Bu, həm də "Qarabağ"ın azad agent olan oyunçulara maraq göstərməməsi anlamına gəlir. Futbolumuzda yeni mərhələdi. Azərbaycan komandaları adətən klubsuz oyunçu axtarırır ki, əlavə xərcə düşməsinlər.

...2022-ci ilin fevralında, Avropa Liqasının bu mərhələsində "Braqa" ilk oyunda 2 top fərqlə uduzduğu "Şerif"ə cavab matçında eyni hesabla - 2:0 qalib gəlib penalti seriyasında mərhələ keçmişdi. Amma zərrə qədər şübhəm yox ki, bu dəfə eyni ssenari yaşanmayacaq.

Ən azı ilk qarşılaşmadan öncə Qurban Qurbanovda gördüyüm inama görə buna əminəm!
Çempionumuzun baş direktoru Emrah Çelikelin dediyi kimi növbəti mərhələyə Bakıda da qələbə qazanmaqla yüksələcəyik!

Ox yaydan çıxıb, başqa yolu yox artıq!
Allah Ozan Arifə rəhmət eləsin!

Anar Şabanoğlu, Braqa

ETOPAZ-ın dəstəyilə hazırlanıb

Son xəbərlər
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
Avropa Liqasının 1/8 final mərhələsi başlayır
DAHA ÇOX

Ən çox oxunanlar