Millimiz Gürcüstan yığması ilə yoldaşlıq görüşü keçiriləcək

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb. 

Sports.az xəbər verir ki, səfərdə məqsəd dəfələrlə Ümumdünya Şahmat Olimpiadasının qalibi olan Gürcüstan yığmasıyla yoldaşlıq görüşü keçirməkdir.

Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda 26 fevral - 2 mart tarixlərində yoldaşlıq görüşündə iştirak edəcək. Razılaşmaya əsasən şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq.

Yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq. 

Yoldaşlıq görüşü qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar